Antonov An-124 Ruslan (; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır. Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur.
Variantları An-124 Ruslan Ağır strateji nəqliyyat təyyarəsi An-124-100 Ticari nəqliyyat təyyarəsi An-124-100M-150 Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-102 EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur An-124-115M "Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-130 Təklif olunan variant An-124-135 Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur An-124-150 Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir An-124-200 Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur An-124-210 Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir. An-124-300 Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur.
İstifadəçiləri Hərbi
Mülki 2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.
Taktiki-texniki xüsusiyyətləri (An-124-100M-150) right|400px|3 sides view
Ümumi göstəriciləri Ekipaj: 4-6 nəfər Yükgötürmə potensialı: 150,000 kq Uzunluğu: 68.96 m Qanad qolayı: 73.3 m Hündürlük: 20.78 m Qanadının sahəsi: 628 m Boş çəki: 175,000 kq Maksimum qalxma çəkisi: 405,000 kq Güc təminatçısı: 4 × Progress D-18T mühərrik (hər birinin itələmə qüvvəsi: 229.5 kN)
Uçuş keyfiyyətləri Maksimal sürət: 865 km/s Uçuş məsafəsi: 5,200 km Uçuş tavanı: 12,000 m Qanad yüklənməsi: 645 kq/m Çəkmə gücünün çəkiyə nisbəti: 0.23
Həmçinin bax Hərbi nəqliyyat təyyarəsi Antonov An-225
İstinadlar
Xarici keçidlər
Информация о Ан-124 Руслан на сайте ГП АНТОНОВ 30 лет со дня первого взлёта Ан-124 «Руслан» Фотографии Ан-124-100 Руслан На МАКСе-2007 подписано соглашение о возобновлении серийного производства грузовых самолётов Ан-124 «Руслан»
Kateqoriya:Təyyarələr Kateqoriya:Nəqliyyat təyyarələri Kateqoriya:Dördmühərrikli reaktiv təyyarələr Kateqoriya:SSRİ-nin hərbi nəqliyyat təyyarələri Kateqoriya:Antonov təyyarələri