Raffaele Bombelli (; yanvar 1526, Bolonya – 1572, Roma) — İntibah dövrü İtaliya riyaziyyatçısı və hidravlika mühəndisi.

Bombelli 1572-ci ildə nəşr olunan "Cəbr" (L'Algebra) əsərinin müəllifidir. O, riyaziyyat tarixində mənfi ədədlərin kvadrat köklərini () sistemli şəkildə araşdıran, xəyali ədədlərlə hesab əməliyyatlarının qaydalarını müəyyənləşdirən və bununla da kompleks ədədlər nəzəriyyəsinin əsasını qoyan ilk alim hesab edilir."Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh. 605.

Həyatı Raffaele Bombelli Bolonyada yun taciri Antonio Madzoli və dərzi qızı Diamante Skudyerinin ailəsində anadan olmuş, 1526-cı il yanvarın 20-də vəftiz edilmişdir. Ailə vaxtilə Bolonyanın idarəçisi olan Bentivolyo sülaləsinin tərəfdarı olmuş, lakin Papa II Yulinin hakimiyyəti dövründə baş verən siyasi çəkişmələrə görə soyadını Bombelli olaraq dəyişmişdir.

Bombelli universitet təhsili almamış, hidravlika və mühəndislik sənətini mühəndis-memar Pyer Françesko Klementidən öyrənmişdir. Təhsilini başa vurduqdan sonra Romada yüksək vəzifə tutan Melfi yepiskopu Alessandro Rufininin xidmətinə daxil olmuşdur. Rufini ona Toskanadakı Val di Kiana bataqlıqlarının qurudulması və əkin sahələrinə çevrilməsi kimi mürəkkəb bir hidravlik layihəni həvalə etmişdir.

1555–1560-cı illərdə layihə torpaq mülkiyyəti ilə bağlı mübahisələr səbəbindən müvəqqəti dayandırıldıqda, Bombelli yaranmış asudə vaxtdan istifadə edərək cəbr sahəsindəki kəşflərini sistemləşdirməyə və özünün məşhur traktatını yazmağa başlamışdır. Daha sonra Romaya səfər edən riyaziyyatçı burada Roma Kollecinin professoru Antonio Maria Patssi ilə birlikdə Vatikan Kitabxanasında İsgəndəriyyəli Diofantın qədim yunan dilindəki "Hesab" (Arithmetica) əlyazmasını aşkar etmiş və onun böyük hissəsini italyan dilinə tərcümə etmişdir.

Bombelli 1572-ci ildə "Cəbr" kitabının ilk üç cildi Bolonyada yenicə çapdan çıxdığı ərəfədə Romada vəfat etmişdir.

Elmi fəaliyyəti və "Cəbr" əsəri thumb|right|220px|Bombellinin 1572-ci il Bolonya nəşrinin daxili səhifəsi Bombellinin əsas əsəri olan "Cəbr" (L'Algebra) beş kitabdan ibarət nəzərdə tutulmuşdu. Müəllifin sağlığında yalnız arifmetika və tənliklər nəzəriyyəsini əhatə edən ilk üç kitab nəşr edildi; həndəsəyə həsr olunmuş dördüncü və beşinci kitabların əlyazması isə uzun müddət itirilmiş hesab edilsə də, 1923-cü ildə riyaziyyat tarixçisi Ettore Bortolotti tərəfindən Bolonya Kitabxanasında tapılaraq 1929-cu ildə çap olunmuşdur.

Kompleks ədədlərin kəşfi Cirolamo Kardano 1545-ci ildə nəşr etdirdiyi "Böyük sənət" (Ars Magna) kitabında üçüncü dərəcəli tənliklərin ümumi həlli üçün Kardan düsturunu təqdim etmişdi. Lakin bəzi tənliklərdə kökaltı ifadə mənfi alınırdı (riyaziyyatda bu hal casus irreducibilis adlanır). Məsələn:

tənliyinin aşkar həqiqi kökünün olmasına baxmayaraq, Kardan düsturu aşağıdakı nəticəni verirdi:

Dövrün riyaziyyatçıları mənfi ədədin kvadrat kökünü mənasız hesab edərək həmin tənlikləri həllolunmaz sayırdılar. Bombelli isə cəsarətli bir fərziyyə irəli sürərək göstərdi ki, və ifadələri müvafiq olaraq və ifadələrinin kubudur:

Beləliklə, bu iki ifadə toplandıqda xəyali hissələr bir-birini aparır və tənliyin həqiqi kökü alınır:

Bombelli bu yeni ədədlər üçün terminologiya hazırladı: müasir vahidini "artıq mənfi" (it. più di meno), vahidini isə "əskik mənfi" (it. meno di meno) adlandırdı. O, tarixdə ilk dəfə xəyali ədədlərin vurulması qaydalarını dürüst şəkildə formalaşdırdı: (più via più di meno fa più di meno) (meno via più di meno fa meno di meno) (più di meno via più di meno fa meno) (più di meno via meno di meno fa più) (meno di meno via meno di meno fa meno)

Cəbri işarələmə Bombelli həmçinin cəbri simvollardan istifadənin inkişafına mühüm töhfə vermişdir. Məchul dəyişəni və onun qüvvətlərini sözlərlə yazmaq əvəzinə, o, xüsusi rəqəmsal indekslərdən istifadə etmiş, bu da sonradan Rene Dekart tərəfindən müasir qüvvət indekslərinin formalaşdırılmasına zəmin yaratmışdır.

Xatirəsi Ayın görünən tərəfində yerləşən kraterlərdən biri Raffaele Bombellinin şərəfinə "Bombelli" adlandırılmışdır.

Həmçinin bax Kompleks ədədlər

İstinadlar

Ədəbiyyat Boyer, Carl B. (1991). A History of Mathematics (2nd ed.). New York: John Wiley & Sons. ISBN 0-471-54397-7. Bortolotti, Ettore (1929). L'algebra dell'ingegnere Rafael Bombelli da Bologna. Bologna: Nicola Zanichelli.

Kateqoriya:İtaliya riyaziyyatçıları Kateqoriya:İtaliya mühəndisləri Kateqoriya:Cəbrşünaslar Kateqoriya:1526-cı ildə doğulanlar Kateqoriya:1572-ci ildə vəfat edənlər