Çeddi Berret Caqan () — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti.Caqan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 171.

Həyatı ABŞ-dakı Hovard (1936–38), Şimal-Qərbi (1938–42) universitetlərində və Gənc Xristianlar Assosiasiyasının Mərkəzi kollecində (1938–42) təhsil almışdır. 1943–45-ci illərdə Corctaunda stomatoloq işləmiş, zəhmətkeşlərin hüquqları uğrunda hərəkata qoşulmuşdur. Siyasi hərəkət komitəsinin (1946) təsisçilərindən biridir.

Fəaliyyəti 1945–47-ci illərdə Britaniya Qvianasının ağdərili olmayan əhalisinin ittifaqının sədri, 1947–53-cü illərdə Qanunverici şuranın üzvü olmuşdur. 1950-ci ildə arvadı Canet Caqanla birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir; 1970-ci ildən MXP-nin baş katibi idi. 1953-cü ildən Ümumdünya Sülh Şurasının, 1969-cu ildən Şuranın Rəyasət Heyətinin üzvü ol muşdur. 1953 və 1957–64-cü illərdə baş nazir, eyni zamanda 1953-cü ildən kənd təsərrüfatı, sonra isə torpaq sahələri və mineral ehtiyatları naziri, 1957–61-ci illərdə ticarət və sənaye naziri, 1961–64 illərdə inkişaf və planlaşdırma naziri işləmişdir. Sol müxalifətin dəyişilməz lideri, Milli assambleyanın deputatı (1964–73, 1976–92) idi. 1992-ci ilin oktyabrından Qayananın prezidenti olmuşdur.

Həmçinin bax Şimal-Qərb Universiteti

İstinadlar

Xarici keçidlər Cheddi Jagan Research Centre, an informational site maintained by Jagan's daughter, Nadira Jagan-Brancier. Cheddi Jagan Timeline Posted at Center for Cooperative Research An Appreciation of Dr. Cheddi Jagan". Indo Caribbean World, 12 March 1997.

Kateqoriya:Qayananın dövlət xadimləri Kateqoriya:Vaşinqtonda vəfat edənlər Kateqoriya:Marksistlər Kateqoriya:Siyasi partiyaların liderləri