Nəriman Nərimanovun büstü — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.

Həmçinin bax Sumqayıtdakı şəhər heykəllərinin siyahısı Nəriman Nərimanovun xatirə muzeyi Nəriman Nərimanovun heykəli (Bakı)

İstinadlar

Mənbə Sumqayıt abidələri Kateqoriya:Sumqayıt abidələri