Yamantau ( — «pis (zalım) dağ») — Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir. Şimal qərbə uzanır. Uzunluğu 3 km, eni isə 5 km təşkil edir. Əsas zirvələri Böyük Yamatau (1640 m) və Kiçik Yamatau (1510 m) zirvələridir. Cənubi-Ural qoruğu ərazisində yerləşir.

İllik yağıntının miqdarı 700 – 1100 mm təşkil edir. Qar örtüyü 80—100 sm qalınlığına mslik ola bilir. Üstəlik onun qalma müddəti 180-205 gün təşkil edir. Parçalı relyefə sahibdir. Yanvar ayının orta temperaturu -14...-17 °C, iyun ayının isə +9...+16 °C təşkil edir.

Toponim Başqırdlar coğrafi obyeklərin adlarına böyük əhəmiyyət verirdilər. «Zalım dağ» adının verilməsi əbəs yerə verilməmişdir. Belə ki, dağın ətraf ərazilərı bataqlıqlaşmış bölgədən ibarətdir. Bu isə burada heyvandarlığın inkişaf etdirməyi mümkünsüz edir. Üsləlik yerli başqırdlar dağa gedənlərin sağ qayıtmadığını bilirdilər. Sb isə dağlarda çoxlu sayda ayının olması idi.

Pyotr İvanoviç Rıçkov özünün «Orenburq coğrafiyası» kitabında yazır: Yan Tau, Noqay yollarında elə həmin qəzəbli dağdır ki, burada pislik oturur…

Digər məlumat:

Dağın ilkin adı "Yameletau" olmuşdur. Hazır ki ad ondan tprəmişdir; «Yam» — yerli dialekdə fərqli məna kəsb edir;

Dağın şərəfinə Ufa şəhərində Yamantau küçəsi vardır.

Yamantaudan 10 km qərbdə Mejqore şəhəri yerləşir. Təstiqlənməmiş məlumatlara görə burada genişmiqyaslı gizli yeraltı inşa işləri aparılırУЛЯНА ПЕТРОВА Ноевият ковчег на руския президент Despite Cold War’s End, Russia Keeps Building a Secret Complex. The New York Times . Hal-hazırds burada qorunma elə də böyük deyildir. Ərazisə ordu hissələri yerləşdirilmişdir.

Qalereya + center|250px center|230px

Ədəbiyyat Рычков П. И. Топография Оренбургская. СПб., 1762. С. 243.

Mənbə Ямантау Что происходит на Ямантау? История выбора: Иримель или Ямантау. 60-е годы прошлого века. О самой высокой горе Южного Урала — Ямантау İstinadlar

Kateqoriya:Başqırdıstanda dağ zirvələri Kateqoriya:Başqırdıstanda turizm Kateqoriya:Dağ zirvəsi – minliklər