Aleksandr İsak () () — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund FK klubunda hücumçu kimi çıxış edən peşəkar İsveç futbolçusu.

Karyerası

Erkən həyatı İsak Stokholm şəhər sahəsinin Solna şəhərində anadan olmuşdur. İsakın valideynləri Eritreya vətəndaşlarıdır. O, futbolçu karyerasına altı yaşı olarkən yerli klublardan olan AİK klubunun akademiyasında başlamışdır.

AİK-dəki inkişafı İsak əsas komanda ilə debütünü 28 fevral 2016-cı ildə İsveç Kubokunda dördüncü liqa təmsilçisi olan Tenhults klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə meydana daxil olmuşdur. 16 yaşında olan İsak görüşdə bir qolla yadda qalmış və komandası 6-0 hesabı ilə qalib gəlmişdir.

7 aprel 2016-cı ildə baş məşqçi Andres Alm İsaka Allsvenskandakı ikinci oyun günündə start heyətində yer vermişdir. O, gənc hücumçu həmkarı Karlos Strandberq ilə birlikdə Östersunds klubuna qarşı oyunda iştirak etmişdir. İsak görüşdə qələbə qolunun müəllifi olmuş və komandası 2-0 hesabı ilə qalib gəlmişdir. Beləliklə, AİK-də 16 yaş 199 günlüyündə qol vuran İsak Allsvenskanda qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.

İsak AİK klubunda ilk ev qolunu 25 aprel 2016-cı ildə Friends Arenada Elfsburq klubuna qarşı oyunda vurmuşdur. O, ilk qolun müəllifi olmuş və komandası 2-1 hesabı ilə qalib gəlmişdir.

3 may 2016-cı ildə İsak AİK klubu ilə 2018-ci ilin sonuna qədər müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Müqavilədən sonra İsak bir neçə oyunda iştirak etmiş və komandasına oyunlarda yardım etmişdir. 8 və 9-cu oyun günləri arasında Alm istefaya göndərildi. İsak növbəti görüşlərə yeni baş məşqçi Rikard Norlinqin rəhbərliyi altında çıxmışdır.

İsak 21 sentyabr 2016-cı ildə 17-ci ad günündə Dyurqarden klubu ilə derbi görüşündə iki kritik qolun müəllifi olmuşdur. Həmin görüşdə AİK rəqibinə 3-0 hesabı qalib gəlmişdir. Onun komanda yoldaşı Çinedu Obasi İsakı belə təsvir etmişdir — "İsveçin yeni Zlatan İbrahimoviçi".

Borussiya Dortmund 23 yanvar 2017-ci ildə İsak Borussiya Dortmund klubu ilə 2022-ci ilin yay ayına qədər beş illik müqavilə imzalamışdır. Transferin dəyəri məlum deyil. Amma məlumatlara görə klub Allsvenskan təmsilçisinə 9 milyon avro təklif edib. Bu, Allsvenskanda futbolçu üçün ödənilən ən böyük transfr məbləği hesab olunur. Məlumatlara görə İsak Borussiya Dortmund klubu ilə müqavilə imzalamazdan əvvəl Real Madrid klubunun təklifini rədd etmişdir.

İsak klub ilə debütünü 14 mart 2017-ci ildə Sportfreunde Lotte klubuna qarşı oyunda etmişdir.int.soccerway.com/players/alexander-isak/422165/ Kubok görüşündə Dortmund rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. İsak ilk medalını Dortmund klubu ilə 2016-17 DFB-Pokalını qazanarkən əldə etmişdir.

Milli karyerası İsak 8 yanvar 2017-ci ildə Kot-d’İvuar millisi və 12 yanvar 2017-ci ildə Slovakiya millisi ilə yoldaşlıq görüşləri üçün İsveç milli futbol komandasına çağırılmışdır. İsak milli ilə debütünü Kot-d’İvuar millisinə qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Per Friki əvəz etmişdir. Həmin görüşdə İsveç rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. O, Slovakiya ilə görüşdə ilk 11-likdə yer almış, 19-cu dəqiqədə komandasının ilk qoluna imza atmışdır. Həmin görüşdə İsveç rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir. İsak İsveç milli komandası tarixində ən gənc qol vuran futbolçu hesab olunur.

Karyera statistikası

Klub

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümDiviziyaLiqaKubokAvropaÜmumiOyunQolOyunQolOyunQolOyunQolAİK2016Allsvenskan241023302913Borussiya Dortmund2016–17Bundesliqa00100010Ümumi karyera241033303013

Milli komanda

Milli komandaİlOyunQolİsveç201721Ümumi21

Milli komanda qolları Nəticələr və qollar İsveç hesablamasının birinci siyahısındadır # Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 12 Yanvar 2017 Armd Forsis stadionu, Əbu-Dabi 1–0 6–0 Yoldaşlıq

Uğurları

Fərdi Allsvenskan ilin debütantı: 2016

Rekordlar İsveç milli futbol komandasında ən gənc qol vuran futbolçu: 17 yaş, 3 ay və 22 gün – (12 yanvar 2017-ci ildə Slovakiya ilə 6-0 hesablı oyunda bir qol)

İstinadlar

Xarici keçidlər Alexander Isak at Soccerway UEFA Profile

Kateqoriya:Stokholmda doğulmuş futbolçular Kateqoriya:İsveç futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:AİK FK futbolçuları Kateqoriya:Villem II FK futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Borussiya Dortmund II FK futbolçuları Kateqoriya:Real Sosyedad FK futbolçuları Kateqoriya:Nyukasl Yunayted FK futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İsveç milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İsveç U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İsveç milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Legioner İsveç futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:İngiltərədə legioner İsveç idmançıları Kateqoriya:Almaniyada legioner İsveç idmançıları Kateqoriya:Niderlandda legioner İsveç idmançıları Kateqoriya:İspaniyada legioner İsveç idmançıları Kateqoriya:Eritreya əsilli isveçlilər Kateqoriya:İsveçin kişi futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları