300px|thumb|right|Zəngəzur qəzası, Uluxanlı kəndi

Masis (əvvəlki adı: Uluxanlı (dəmiryol st.-da qəsəbə), Uluxanlı d. y. -st. yanında qəsəbə) — Ermənistannda şəhər.

Hazırda Ermənistanda şəhər, əvvəllər Zəngibasar rayonunun (Masis rayonu) mərkəzi idi.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Şəhər Uluxanlı, Nərimanlı və Zəngibasar kəndlərinin birləşməsiylə yaradılmışdır.

Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə "Masis" (Ağrı dağının erməni dilindəki adlarından biri) adıyla adlandırılmışdır.

Tarixi “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590-ci il) kənd Karbi nahiyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyəsinin Uluxanlı kəndi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə də (1831, 1873, 1886 və s.) kəndin adı Uluxanlı göstərilmişdir.

Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə qaçmışlar.

Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə Uluxanlı dəmir yolunun adını dəyişdirilərək Masis adlandırılmışdır.

1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. (Xəlilov İ., "Zəngibasar necə dağıldı" məqaləsi, "Vətən səsi" qəzeti, № 39, 10 oktyabr 1991-ci il).

Uluxanlı oykonimini itirmək üçün ermənilər onun adını düz dörd dəfə dəyişmişlər. 1920-ci illərdə kəndin qədim Uluxanlı adı dəyişdirilərək N.Nərimanovun şərəfinə Nərimanlı, 1937-ci il dekabrın 31-də yenidən dəyişdirilərək Zəngibasar qoyulmuşdur. Ondan sonra qısa bir müddətdə Zəngi çayının Razdan adlandırılması ilə bağlı kəndin adı da Razdan qoyulmuş, lakin 1950-ci il iyulun 31-də bu ad da Masis ilə əvəz edilmişdir. 1971-ci ildə kənd şəhər tipli qəsəbəyə çevrilmişdir.

Əhalisi Burada 1831-ci ildə 1737 nəfər, 1873 - cü ildə 2968 nəfər, 1886-cı ildə 3062 nəfər, 1897-ci ildə 2757, 1908-ci ildə 3171 nəfər, 1914 - cü ildə 3488 nəfər, 1918-ci ildə 3173 nəfər, 1919 - cu ildə 8000 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216.

1919 - cu ilin sonunda azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 1882 nəfər, 1926-cı ildə 1948 nəfər, 1931-ci ildə 1781 nəfər azərbaycanlı, 5 erməni, 25 kürd yaşamışdır.

1948-49 - cu illərdə SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə köçürülən azərbaycanlıların bir hissəsi yenidən geriyə - Uluxanlıya dönmüşdür. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar son nəfərinə kimi Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

1948-1949-cu illərdə kəndin əhalisi zorla Azərbaycanın Əli Bayramlı (indiki Şirvan şəhəri) rayonuna deportasiya olunmuş, boşalmış azərbaycanlı evlərində müxtəlif xarici ölkələrdən köçürülüb gətirilmiş ermənilər yerləşdirilmişlər.

Sonralar Uluxanlıdan deportasiya olunmuş əhalinin bir qismi geri qayıtsa da, 50-ci illərdən etibarən artıq kənddə ermənilər üstünlük təşkil etməyə başlamışlar.

1988-ci ildə Uluxanlı qəsəbəsinin azərbaycanlı əhalisi növbəti soyqırımı ilə üz-üzə dayanmış, həmin hadisələr zamanı erməni qaniçənləri səkkiz nəfər soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Hazırda uluxanlıların çoxu Bakı şəhərində yaşayır.

Uluxanlıda 1918-ci ildə 4000 nəfər əhali yaşamışdır. Andranik şəxsən rəhbərlik etmişdir. Silahlı quldur dəstələri kəndi yerlə-yeksan etmiş, qadına, uşaga məhəl qoymadan əhalini ucdantutma qılıncdan keçirməyə cəhd göstərmişlər. 1922-ci ildə kəndə qayıdanların sayı 1800 nəfər olmuşdur.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.

Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası

İstinadlar

Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı

Mənbə VAQİF ARZUMANLI, NAZİM MUSTAFA, "TARİXİN QARA SƏHİFƏLƏRİ. Deportasiya. Soyqırım. Qaçqınlıq", AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MİLLİ MÜNASİBƏTLƏR İNSTİTUTU, Bakı, "Qartal, 1998 (ELMİ REDAKTOR : professor TEYMUR ƏHMƏDLİ)

Ədəbiyyat Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI - начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ.K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828-1829. Osmanlı - Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992 Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992 Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с армянского, С.Петербург, 1907 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990 Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993 Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993 Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.

Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan şəhərləri