Babi Yar (, Babyn Yar; , Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür.
Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir.
Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir.Wendy Lower, Journal of Religion & Society, Volume 9 (2007). The Kripke Center, Towson University. I. S. S. N 1522–5658. Retrieved from Internet Archive, may 24, 2013. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Ərazidə gercəkləşdirilmiş digər qətliamların qurbanları arasında sovet müharibə əsirləri, kommunistləri, ukrayn millətçiləri və qaraçılar üstünlük təşkil edirdi.A Museum for Babi Yar , The Jerusalem Post (23 October 2011) Ümumilikdə alman işğalı zamanı Babi Yarda 100.000–150.000 insanın öldürüldüyü təxmin edilməkdədir.
Tarixi arxaplan Babi Yar sözünə ilk dəfə 1401-ci ilə aid mənbələrdə rast gəlinir. Yerli xalqların dilində qoca qadın ifadəsini verən baba sözü zamanla ərazinin adlandırılmasında da işlənilmişdir.Anatoliy Kudrytsky, editor-in-chiev, "Vulytsi Kyeva" (The Streets of Kiev), Ukrainska Entsyklopediya , ISBN 5-88500-070-0 Yar sözü türk mənşəyli bir sözdür və mənası dağ, çay deməkdir. Ərazi tarixən insanların çox məskunlaşdığı yer sayılmırdı. Babi Yarda yerləşmiş Şərqi pravoslav kilsəsinə və yerli yəhudi icmasına məxsus məzarlıqlar bölgədə əsas məkanlardandır. XX əsrdən etibarən Babi Yar və ətraf ərazilərin hərbi məqsədlər üçün istifadə olunmasına başlanılmışdır.
29–30 sentyabr 1941 thumb|right|200px|Paul Blobel Nürnberq prosesi zamanı. (1948, 1 mart) thumb|left|300px|Kiyevdə təşkil edilmiş hərbi tribunalda Babi Yar qətliamından xilas olmağı bacarmış yəhudi aktrisa Dina Proniçevanın ifadə verməsi. Tribunal zamanı qətliamı törədilməsində təqsirləndirilən Alman polisinin 15 əməkdaşı mühakimə olunurdu. (1946, 24 yanvar)
Tarix ədəbiyyatlarında Berlin-Roma-Tokio oxu kimi bilinən və əsasən almanlardan təşkil olunmuş orduların 1941-ci ilin 19 sentyabr tarixində Kiyev şəhərini işğal etdilər. NKVD-nin təşkil etdiyi əks həmlə zamanı almanların Cənub Ordu Qərargahı zərər görsə də işğalın qarşısını alınmasına mane olmadı. İki gün sonra, 26 sentyabr tarixində SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin ərazidə görüşdülər. Görüş zamanı almanlara qarşı törədilmiş hücumun səbəbkarı kimi Kiyev şəhərinin yəhudi icması göstərildi və cavab həmləsi kimi Kiyev yəhudilərinin tamamilə ilə yox edilməsi məqsədi qarşıya qoyuldu. Qətliamın gercəkləşdirilməsində Paul Blobelin komandiri olduğu Sonderkommando 4a və Otto Raşxın rəhbərlik etdiyi Einsatzgruppe C birliklərində xidmətlərindən istifadə olunmuşdur.
Paul Blobel və Otto Raşx Ukraynada bir çox hərbi cinayətlərin və qətliamların əsas təşkilatçılarından hesab olunurdu və Babi Yarda yaşayan yəhudi icmasının məhv edilməsi tapşırığı da bu iki şəxsə tapşırılmışdır. Prosesin rəhbərliyini SS generalı Kurt Eberhard öz üzərinə götürmüşdü və bu işdə əsas icraçı Paul Blobelin komandiri olduğu Sonderkommando 4a birliyi idi.1941: Mass Murder The Holocaust Chronicle. p. 270 Almanlar qətliamdan öncə ərazidə yaşayan yəhudilər üçün aşağıdakı kimi bir elan verdilər:
1941-ci ilin 26 sentyabr tarixində verilmiş əmrin Kiyevdə və ətraf ərazilərdə yaşayan etnik yəhudilərə, ruslara və ukraynlılara şamil edildiyi göstərilmişdir.Berenbaum, Michael. The World Must Know, United States Holocaust Memorial Museum, this edition 2006, pp. 97–98. 1941-ci ilin 29 sentyabr tarixində SS və xüsusi təyinatlıların hücumu ilə Babi Yarda 33.771 nəfər etnik yəhudi öldürlüdü.United States Holocaust Memorial Museum, "Kiev and Babi Yar ," Holocaust Encyclopedia .A Community of Violence: The SiPo/SD and Its Role in the Nazi Terror System in Generalbezirk Kiew by Alexander V. Prusin. Holocaust Genocide Studies, Spring 2007; 21: 1 – 30.Staff. The Holocaust Chronicle: Massacre at Babi Yar , The Holocaust Chronicle web site , Access 17 December 2007
Einsatzkommando zabiti tərəfindən tərtib olunmuş raportda deyilir:Hadisənin axşamı almanlar hücumu nisbətən zəiflədərək öldürülən insanları dəfn etməyə başladılar. Einsatzgruppe's Əməliyyat Raportlarının məlumatına görə 1941-ci ilin 29 və 30 sentyabr tarixləri ərzində Kiyev və ətraf ərazilərdən toplanmış 33.771 nəfər yəhudi mexaniki silahla öldürülmüşdü. Qurbanlara məxsus geyimlər, pullar və qiymətli əşyalara yerli alman əsilli insanlar sahibləndilər və bir qismi də dövlətin hesabına köçürüldü.Nuremberg Military Tribunal, Einsatzgruppen trial, Judgment, at page 430. Ağır yaralanmış bir necə qurban isə diri-diri dəfn edildi.
Xilas olanlar thumb|right|150px|Babi Yar qətliamının 70 illiyi münasibətilə Ukraynada çap edilmiş poçt markası. Babi Yar qətliamından xilas olanların 29 nəfər olduğu təxmin edilir. 2006-cı ildə Yad Vaşem adlı holokost qurbanlarının irsini öyrənən təşkilat Babi Yarda öldürülən yəhudilərin adlarını müəyyənləşdirilməsi istiqamətində geniş bir layihəyə start verdi. Bütün cəhdlərə baxmayaraq öldürülənlərin, sadəcə 10% nin adlarını müəyyənləşdirmək mümkün oldu. Babi Yarda öldürürlən 3.000 nəfərin adı ilə yanaşı ümumi Holokost zamanı Kiyev və ətraf ərazilərdə öldürülmüş daha 7.000 nəfərin şəxsiyyəti müəyyənləşdirilmişdir. Qətliamdan sağ çıxan şəxslərdən biri də, müharibədən sonra Kiyev Hərbi Tribunalında şahid kimi ifadə vermiş yəhudi əsilli aktrisa Dina Proniçeva olmuşdur. Proniçevanın sağ qalmaq uğrunda apardığı mübarizə sonralar tanınmış rus yazıçısı Anatoli Kuznetsovun Babi Yarla'' bağlı yazmış olduğu əsərin də əsas süjet xəttini təşkil edir."A Survivor of the Babi Yar Massacre ," Heritage: Civilization and the Jews (PBS). Gilbert (1985): 204–205. Aktrisa onu ölü zənn etməkləri üçün özünü cəsədlərin üzərinə ataraq nasistlərin gözündən yayınmağı bacarmışdır.
Xatırlanma SSRİ-nin apardığı siyasət Babi Yar və oxşar qətliamların il dönümlərinin qeyd edilməsinə çətinliklər yaradırdı.Postwar: A History of Europe Since 1945 by Tony Judt, Penguin Books, Reprint edition (September 5, 2006), ISBN 0143037757 (page 182 ) Sovet rejiminin dağılmasının ardından Ukraynın bir necə bölgəsində Babi Yar qurbanlarının xatirələrinin anılması üçün abidələr uçaldılmağa başlandı. Qətliam eyni zamanda ədəbiyyat da öz təsirini göstərmişdir. 2006-cı ildə qətliamın 65-ci ildönümü xarici dövlət başçılarının iştirakı ilə baş tutdu. Narıncı inqilabın ardından hakimiyyətə gələn Viktor Yuşşenko, İsrail prezidenti Moşe Katsavın iştirak etdiyi görüşdə faciə qurbanlarının xatirəsi anıldı.
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Soyqırımlar Kateqoriya:1941-ci ildə Ukrayna Kateqoriya:Kütləvi məzarlıqlar Kateqoriya:Babi Yar