Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türk dövlətləri, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir.

TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur.

Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir. Daha sonra , Kazan, Marı, Şəki və Türkistan şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.

Türk dünyasının mədəniyyət paytaxtlarının siyahısı İl Şəhər Ölkə/Region 2012 Astana 2013 Eskişehir 2014 Kazan 2015 Marı 2016 Şəki 2017 Türkistan 2018 Kastamonu 2019 Oş 2020 Xivə 2021 Xivə 2022 Bursa 2023 Şuşa 2024 Anev 2025 Aktau

Həmçinin bax Avropanın mədəniyyət paytaxtı

İstinadlar

Kateqoriya:Türk xalqları Kateqoriya:Mədəniyyət siyahıları Kateqoriya:Türk mədəniyyəti