Jemerson de Xesus Naskimento (24 avqust 1992-ci ildə anadan olub) — Jemerson kimi də tanınan, Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin mərkəz cinahında çıxış edən peşəkar Braziliya futbolçusu.
Klub karyerası Jemerson Baiyanın Jeremoabo bələdiyyəsində anadan olmuşdur. Jemerson 2009-cu ilə qədər həvəskar olaraq futbol oynamışdır. 2009-cu ildə Konfiança klubu ilə müqavilə imzalamışdır. Jemerson Palmeyras, Santos, Vasko klublarının akademiyasına seçilə bilmədiyi üçün Atletiko Mineyro klubunun gənclər akademiyasına qəbul olundu.
Atletiko Mineyro Jemerson karyerasında debütünü 2012-ci ildə etmişdir. 2012-ci ildə Jemerson Demokrata klubuna icarəyə verilmiş və klub ilə 12 oyuna çıxmışdır. Avqust ayında o, yenidən Qalo klubuna geri qayıtmışdır. Dekabr ayında isə əsas komanda ilə debüt etmişdir.
Jemerson Seriya A-da əsas komanda ilə debütünü 7 iyul 2013-cü ildə Krisiuma klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Mineyro evdə Krisiumaya 3-2 hesabı ilə qalib gəlmişdir. Leonardo Silva və Reveri ehtiyata göndərdikdən sonra Jemerson mövsüm sonuna qədər sadəcə beş oyunda iştirak etmişdir.
2014-cü ildə Rever topuğundan ciddi zədə aldıqdan sonra Jemerson mövsüm sonuna qədər əksər oyunlarda start heyətdə yer almışdır.
Monako 31 yanvar 2016-cı ildə Jemerson Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır.
Milli karyerası Jemerson 17 noyabr 2015-ci ildə 2018 FİFA Dünya Kuboku təsnifat mərhələsi zamanı Peru komandası ilə oyun zamanı oynamaq üçün komandaya çağırılmışdır.
Karyera statistikası
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolAtletiko Mineyro2013Seriye A5000———50201422081—1Rekopa Sudamerikana görüşləri daxildir.05Kampeonato Mineyro görüşləri daxildir.1361201535420—8Libertadores Kuboku görüşləri daxildir.0142596Ümumi624101—901931007Monako2015–16Liqa 140100000—502016–17301202011UEFA Çempionlar Liqası görüşləri daxildir.0—451Ümumi3413020110—501Ümumi karyera965131202001931508
Uğurları Atletiko Mineyro Libertadores Kuboku: 2013 Rekopa Sudamerikana: 2014 Braziliya Kuboku: 2014 Kampeonato Mineyro: 2013, 2015
İstinadlar
Xarici keçidlər Atlético Mineiro profile
Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Korintians FK futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Mets FK futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları