() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Yayılması Xəzər dənizində sahil boyu şimaldan cənuba qədər yayılmışdır. Yalamadan Sumqayıta və Nordost qoltuğundan Lənkəranın cənub hissəsinə qədər azsaylıdır. Abşeron və Astara yaxınlığında qeydə alınmamışdır.
Morfoloji əlamətləri D III-IV,I 7-8 (9) ,A I (6) 7-8-dir.Bel sırasında 23-25 ziyil olur. Uzunluğu 116 mm-ə qədər olur.Bədəni gödəlmiş, güclü şəkildə enlənmişdir. Başı və bədənin ön hissəsi basıqdır. Gözlərin arasında novşəkilli çökək yoxdur. Bel çıxıntıları sırası başın üst hissəsinə qədər uzanır. Bədənində iri xallar yoxdur. Qarın tərəfi çılpaqdır.
Yaşayış yeri və həyat tərzi Xəzərin endemik balıqlarındandır. Xəzər dənizində çömçə xulların 18 növü qeydə alınmışdır. Dənizin hər yerində yayılmışlar. Xərçənglərin və suitilərin qidasını təşkil edirlər.
Çoxalması Bir yaşında cinsi yetişkənliyə çatır.Kürüsünü hissə ilə tökür. May-iyun aylarında Orta və Cənubi Xəzərin qərb sahillərində kürü tökür. Dişi çömçəxulun verdiyi kürünün miqdarı 794 - 3536 ədəd olur. Sürfələr dibdə böyüyür.
Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdurƏsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh78..
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Xəzər dənizinin endemik faunası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış taksonlar