Üçtikanlı tikanbalığı— ()-Tikanbalığıkimilər fəsiləsinin Qasterosteus cinsinin nümayəndəsidir.
Yayılması Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılmışdır. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb.
Morfoloji əlamətləri Çılpaq bədənli, xırda balıqlardır, uzunluğu 5–6, az hallarda 10 sm-ə çatır. Dəvəçi limanında tədqiq olunmuş üçiynəli tikanbalığının uzunluğu 4,5–6,1 sm, kütləsi 1,4–4,3 q olmuşdur. Bel üzgəcinin qarşısında 3 sərbəst tikan vardır. Qarın üzgəcləri də tikan şəklindədir.
Yaşayış yeri və həyat tərzi Yaşayış yeri Dəvəçi limanı, Orta və Cənubi Xəzərin şərq və qərb sahilləridir. Tikanbalıqları xırda xərçəngkimilər, həşərat sürfəsi, dibdə yaşayan orqanizmlər və başqa balıqların kürü və sürfələri ilə qidalanırlar. Müşahidə yolu ilə müəyyən edilmişdir ki, bir ədəd tikanbalığı 5 saat ərzində uzunluğu 6 mm olan 74 ədəd enlibaş balıq körpəsi yemişdir. Üçtikanlı tikanbalığı qısa ömürlüdür, 3–4 il yaşayır.
Çoxalması Bir yaşında cinsi yetişkənliyə çatır. Kürü tökmə aprel ayından iyul ayınadək davam edir. Kürütökmə prosesi olduqca maraqlı keçir. Erkəklər su bitkilərindən xüsusi girişi və çıxışı olan yuva düzəldirlər. Dişi balıqlar öz kürülərini həmin yuvaya tökür və kürüdən sürfələr çıxanadək yuvanı qoruyurlar.
Təsərrüfat əhəmiyyəti Ondan təbabətdə istifadə olunan müalicə əhəmiyyətli yağ, quşçuluq və heyvandarlıq təsərrüfatları üçün un istehsal olunur.Vətəgə əhəmiyyəti yoxdur.Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z."Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh66.
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.129. Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 3.
İstinadlar
Kateqoriya:1758-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Danimarka balıqları Kateqoriya:Birləşmiş Krallıq balıqları Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Belçika balıqları Kateqoriya:Çin balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:ABŞ balıqları Kateqoriya:Meksika balıqları Kateqoriya:Mövcud Miosen ilk görünüşləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları