Modernizm ( — "müasir cərəyan"; lat. modernus — "müasir") — XIX yüzilliyin sonu — XX yüzilliyin birinci yarısında incəsənətdə, ədəbiyyatda və fəlsəfədə keçmiş tarixi ənənələrdən ayrılma ilə müşayiət edilən cərəyandır.
Məzmunu və yaranma səbəbləri Modernizm XX yüzillikdə texnogen sivilizasiyasının təsiri ilə inkişaf edən yeni düşüncəni, xasiyyətləri, praktikaları çevrələyən geniş anlamlı anlayışdır. Insanların ətrafında olanlara öyrəncəli baxışlardan aralanma və onları yeni anlamda ortalığa çıxarmaqdır, hər şeyə özəl metaforik baxışdır. Onu realizmə qarşı bir üsyan kimi dəyərləndirmək olar. İncəsənətdə modernizm kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, modern və başqa axınları içəriləyir. Insan artıq təbiətin verdiyini yansımaqdan yayınaraq, çeşidli şeylərə öz baxışlarını ortalığa qoymuşdur.
Avropa fəlsəfəsində modernizm dəyişilmə ilə yenilənməyə yönəlmiş bir axındır. İdeoloji baxımdan modernizm, dinə ya milli adətlərə bağlanaraq yeniliyi qəbul etməkdən imtina edən toplumlara qarşı çıxış edir. Buna görə də modernizmdə fərdçilik (individualizm) adətlərə üstün gəlir. Modernist insan hər zaman yeniliyə yönəlir, onu mənimsəyir.
Modernizmi ortalığa çıxaran modern dönəmidir. Bu dönəm adətçi toplumun baxışları ilə ixtilafda olaraq, şəhərləşmə, sənayeləşmə, dünyaviləşmə ilə xarakterizə edilir. Modernləşmiş adamlar gələnəklərlə deyil, rasional düşüncə ilə davranırlar, əcdadlarların dünyagörüşünə şübhə ila baxırlar, dəyişən dünyaya uyğunlaşırlar, demokratiyaya gətirə bilən mədəniyyətə yiyələnirlər.
Modernizm öyrəncəli baxışların, gələnəklərin dağıdılması, ya da onlara yeni anlam verməsi ilə müşayiət edilir. Buna da “dekonstruksiya” deyilir.
Bundan başqa, modernizmin ortalığa çıxması pozitivizmin inkişafı ilə bağlıdır. Pozitivizm yalnız empirik yollarla əldə edilən biliyi doğru sayır, fəlsəfi və metafizik biliyin dəyərini tanımır.
Modernizmin ortalığa çıxması yeniləşən dünyada var olan düşüncələri, öyrəncəli yaşamları, anlamları dəyişir. Yüzilliklər boyu başqılar altında yaşayan insanlar azadlığa yönəlməyə başladılar. Bu proses özünü hər yerdə göstərməkdə idi. Musuqidə caz, incəsənətdə sürrealizm, elmlərdə təkamülçülük, fəlsəfədə pozitivizm, ölkə quruluşunda respublikaçılıq ortalığa çıxmışdır.
Modernizm fəlsəfəsinin inkişafında A. Şopenhauer, R. Vaqner, F. Nitsşe O. Vayld kimi düşünürlər böyük rol oynamışdırlar. Onlar Avropa rasionalizminə, hər şeyi qəliblərə salınmasına, anlaşılmasına qarşı çıxış etmişdirlər. Beləliklə modernizm Avropa maarifçiliyinə qarşı çıxış etmişdir.
O. Vayld da modernizm ideyaları ədəbiyyata gətirmiş, onları yaşamışdır. Onun fikrincə incəsənət incəsənət üçün olmalıdır, heç bir ideologiyaya qulluq etməməlidir. O irrasional olmalı, təkcə düşüncə ilə qavranılmamalıdır.
Şopenhauerin fikirləri Şopenhauer qərblə şərq mədəniyyətlərinin sintezini yaratmaq istəmişdir. Onun fikrincə qərb düşüncəsi rasional, şərq düşüncəsi ilə irrasionaldır. Hər şey təkcə rasionallıqla qavranılmaz, düşüncənin qavramadıqları reallıqlar da vardır. Empirik (duyulan) təcrübədən başqa onu tamamlayan intuitiv təcrübə də vardır. Bunların sintezi dünyanın doğru anlaşılması üçün gərəklidir.Arthur Schopenhauer / Stanford Encyclopedia of Philosophy.
Şopenhauerə görə dünyanı idarə edən güc iradədir. O “Dünya iradəsi” ilə “Dünya Düşüncəsi” anlayışlarını işlətmişdir. İradə heç bir qaydaya və əxlaqa uyuşmayan bir gücdür. O da hər şeyi yaradır, başlanqıcında durur. “Dünya iradəsi” özünü təbiətin güclərində, bitkilər, heyvanlar və insanlar aləmində göstərir. İnsanlarda “düşüncə aləmi” vardır. Başqalarından fərqli olan insan özünü tanıyır, öz faciəli sonluğunu, həyatın mənasızlığını anlayır. Bu sıxıntılardan çıxmaq üçün o, düşüncəyə əl atır, onun vasitəsilə dünyanı anlamaq, öz taleyini dəyişmək istəyir. Ancaq bu heç bir nəticə vermir. “Dünya iradəsi” onun düçüncəsini məhv edir. Buna görə düşüncəyə arxalanmaq yalnız bir xülyadır, illuziyadır. “Dünya iradəsinə” qarşı getmək olmur. Onu yalnız duymaq, ona qovuşmaq, onun axarı ilə getmək gərəkdir. Bu yol da dünyadan aralanmadan, incəsənətdən və fəlsəfədən keçir.
İncəsənətdə Şopenhauer musuquyə daha da çox önəm verirdi, onu “Dünya iradəsinə” qovuşmaq üçün ən yetərli vasitə sayırdı. Bunu da bəstəkar R. Vaqner gerçəkləşdirmiş olduВагнер Рихард / Энциклопедия Кольера.. O irrasionallıq ideyaları öz musiqisində əks etmişdir. Vaqner əski opera və musiqi adətlərindən aralanaraq bu sənətə yeni baxışları gətirmişdir. Onun yaratdığı musiqi fəlsəfi və mistik məqamlarla dolu idi. Musiqi insanın özgür olmasına, Təbiətlə birliyə yönəlməlidir. Beləliklə “Dünya ruhuna” çatmaq üçün bir vasitə kimi musiqi seçilmişdir. Vaqner artıq çeşidli sahələrin sintezinə çatmışdır. O, musiqi ilə dramanı birləşdirə bilmişdir. Bu yolda keçmiş bəstəkarları tənqid etmiş, onları darıxdırıcı və geriçi adlandırmışdır.
Nitsşenin fikirləri Modernizm fəlsəfəsinin təməllirini qoyan düşünürlərdən biri də Nitsşedir. Dünya Apollon və Dionisin çarpışması ilə inkişaf edərək irəliləyir. Apollon düzən və ahəngi, Dionis isə qaranlığı, qarışıqlığı simvolizə edən yunan tanrıları olmuşdurlar. Bu substansiyalar bir deyildilər. İlkin olan Dionisdir, ondan Apolon yaranmışdır. Dionislə bağlı iradə hakimiyyətə olan istəkdir. Yalnız güclülərin yaşamağa haqqı vardır, gücsüzlər olmayanlar məhv olmalıdır.Friedrich Nietzsche / Stanford Encyclopedia of Philosophy.
Düzən və düşüncə isə ikinci dərəcəlidirlər, hakimiyyətə çatmaq üçün bir vasitədirlər. İnsan meymundan başladığı kimi, sonra inkişaf edib "Ulu insana" çevrilməlidir. Bu kimi insan başqalarından güclü iradəsi ilə seçilir. O, əski dəyərləri devirib, yenilərini qoyur. Əski dəyərlər isə yalnız bunun qarşısını almaq üçün qurulmuşdurlar. Tanrı artıq ölmüşdür. Onun yerinə Dəccal gəlib, yeni yaşam gətirməlidir. Əxlaqi dayaqlar da kölələr üçün olmuşdur. Ulu insan yeni əxlaqi prinsiplər gətirməlidir. Bu əxlaq, toplum, din kimi kənar ideologiyalardan deyil, insanın öz ruhundan ortalığa çıxmalıdır.
Şpenqlerin fikirləri İlk öncə modernizm ideyaları çox da yayılmamışdır. Toplumda daha çox Hegelin rasionalizmi yayılmışdır. Ancaq 1-ci Dünya savaşının başlaması rasionalizmin sonu, inkişaf etmiş ölkələrə böyük faciələr gətirmiş bir olay kimi dəyərləndirilmişdir. Sülhün və inkişafın uzun sürməsini, savaşların tarixdə qalmasını istəyən avropalılar bu savaşı sıxıntılarla keçirmişdirlər. Mədəniyyət və inkişafın yerinə dağıntılar, qırğınlar gəlmişdir. Aləm dağılırsa, deməli düşüncə heç də hər şeyi həll etmir. Bununla da düşüncəyə inam sarsılmışdır. Bu arada da modernizm öz yüksəlməsi çağlarını yaşamağa başlamışdır.
1-ci Dünya savaşı avropalıların mədəniyyətinin, inkişafının sonu kimi də dəyərləndirilmişdir. Bu məsələ üzrə öz fəlsəfi düşüncələrini O. Şpenqler irəli sürmüşdür Keith Stimely. Oswald Spengler: An Introduction to his Life and Ideas / The Journal for Historical Review, 1998, Volume 17, number 2, Page 2.. O mədəniyyətinin “əski, orta və yeni çağlar”lar mərhələlərindən ibarət olan bölgüsünə qarşı çıxıb, dünyaya yeni baxış ortalığı gətirmişdir. Şpenqlerə görə bütün mədəniyyətlər bir-birindən müstəqildirlər, öz yaranma onkişaf, məhv olma çağlarını yaşayırlar. Çin, Babil, Misir, Hind, Qərb, Bizans-Ərəb, Rus-Sibir kimi böyük mədəniyyətlər olmuşdur. Onların hamısının özəllikləri vardır. Hər bir mədəniyyətin ölməsi onun sivilizasiyaya çevirilməsidir. Yunan mədəniyyəti Roma sivilizasiyasına keçməsi buna örnəkdir. Orta əsrlərdə yaranan Avropa mədəniyyəti də 19 yüzillikdə sivilizasiyaya çevrilib ölməyə doğru getməkdədir.
Ölümə doğru gedən sivilizasiya təcavüz, tanrısızlıq, materializm, inqilab ruhu, şəhərlərə axın xüsusiyyətləri ilə səciyyələnir. Bütün bunlar də Qərb sivilizasiyasında vardır. Buna görə də o ölümə döğru irəliləməkdərir.
Modernizmin çökməsi Beləliklə 1-ci Dünya savaşı sonrası durum çöküş kimi dəyərləndirilərək irrasional axınların güclənməsinə gətirib çıxartmışdır. Bu isə modernizmin düşüncələrdə, baxışlarda, elmlərdə, yaşamda yer alması ilə nəticələnmişdir. Bununla belə, modernizmin əskiklikləri də ortalığa çıxmışdır. Sonda bütün bu proseslər nasizm, faşist ideyalarının yaranmasına, 2-ci Dünya savaşına gətirib çıxartmış. Bu isə Avropanı daha da böyük ucurum qarşısında qoymuşdur.
2-ci Dünya savaşından sonra isə modernizmin çöküşü başlamışdır. Bunun nədəni dünyanın dəyişməsi, yeni gerçəkliklərin yaranması, kommunikasiyaların açılması, informasiya texnologiyalarının inkişafı, bütün bunlarla bağlı olaraq düşüncələrin və yaşam tərzinin dəyişməsi olmuşdur.
Çöküş modernizmin post modernizmlə əvəz oluunması ilə nəticələnmişdir. Buna baxmayaraq, modernizm tarixdən silinməmişdir. Onun əlamətləri bə yeni təzahürləri bizim zamanımızda da özünü göstərməkdədir.
Avropa və Amerikada dini modernizm
Dində modernizm özünü ikili göstərə bilər: ehkamların dəyişilməsi, ya da köhnə ehkamların yenidən yozumlanması ilə. Ehkamların dəyişdirilməsi yeni dini axınların yaranmasına gətirib çıxarır. Buna görə də çoxluq bundan çəkinir. Ənənə ilə bağlılığı kəsmək istəməyən çoxluq köhnə ehkamlara yeni yozumlar verməsi yolunu tuturlar.
Bu proseslər hələ antik çağlarda başlamışdır, orta çağlarda xristian və müsəlman toplumlarında gedib, bu günə kimi də sürməkdədir. Sokratın dinsizlikdə suçlanması, Ksenofanın yunan dininə şübhəçi baxışları, mütəzililərin çalışmaları, protestantizmin və bəhailiyin yaranması kimi olaylar dində yeniləşmənin göstəriciləridirlər.
Daha da irəliləmiş toplumlarda dini modernizm prosesləri güclənir, geriləyən toplumlarda isə adətçi inancların üstülüyü olur. Bu baxımdan yeni çağlarda Avropa ilə Amerikada gedən proseslər daha dərin olmuşdur. Protestant kilsələr bir mərkəzdən idarə edilmədiklərinə və dəyişiklikliklərə dəha açıq olduqlarına görə modernizmə uyuşmuş, ayrı-ayrı durumlarda isə toplumun gəlişməsinin önündə getmişdirlər. Ornək üçün kalvinizmdə mistikaya inam azalmış, dini ehkamlar minimuma endirilmiş; rasionalizmə, işgüzarlığa, ictimai fəaliyyətə önəm vermişdir. Bu kimi protestant axınlar yeni Avrora və Amerikanın quruculuq işlərinə fəal iştirak etmişdirlər.
Katolik kilsənin isə ən yeni çağlara qədər inkişaf edən dünya ilə uyuşması prosesi çətinliklə getmişdir. Renessans çağlarından başlayaraq, 19-cu yüzilliyin sonlarına - 20-ci yüzilliyin ilk illərinə qədər kilsədə yeniləşmə prosesləri çətinliklə özünə yol tapırdı.Pontifical documents concerning Modernism / New Advent. Catholic EncyclopediaThe Catholic Encyclopedia.
İlk katolik modernistləri, bu dini yeniləşən dünyaya uyğunlaşdırmaq istəyi ilə, kilsənin bir çox ehkamlarını və rituallarını tənqid etmişdirlər. Katolik modernistlərə görə dini insan yaradıb; Bibliyanı Tanrı endirməmişdir; mövhumatlardan çəkinilməlidir. Həm də, onlara görə, İsa tanrı deyil, Yəhudi məsihi olmuşdur. Xristian enkamlarının hərfi mənaları və əsil mahiyyəti vardır. Onları bir-birindən zamana uyğunlaşaraq ayırmaq gərəkdir.Modernist propositions explained by its essential error / New Advent. Catholic Encyclopedia.
Öncə katolik kilsəsi modernistlərə qarşı olmuşdur, onlar kilsədən qovulmuşdurlar. Ancaq sonra, yeniləşən dünyada öz yerini saxlamaq üçün, bir çox modern düşüncələrlə barışmalı oldu. Bu proses 1962—65 illərdə 2-ci Vatikan kilsə məclisindən sonra dərinləşmişdir. A. Luazi, L. Düşen, Blondel, H. Şell, C. Tirell, R. Muarri kimi düşünürlər katolik modernistləri olmuşdurlar.
Müsəlman ölkələrində modernizm
Müsəlman ölkələrində də orta çağlarda dini modernizm prosesləri getmişdi. Mütəzililər dində yeni şərhlərlə çıxış etmiş, onu yeniləşən gerçəkliklərlə uyğunlaşdırmaq istəmişdirlər. Ancaq Avropada gedən proseslərdən fərqli olaraq, burada modern baxışlar adətçilərlə mübarizədə məğlubiyyətə uğradı. Buna baxmayaraq, mütəzililərin qoyduğu işlər müsəlman dünyagörüşünü duyulacaq qədər dəyişə bilmişdir.