thumb|Avropa Neolit mədəniyyətinin xəritəsi. Buq-Dnestr mədəniyyəti sarı hissədə göstərilmişdir. Buq-Dnestr mədəniyyəti — Ukraynada (Cənubi Buq çayının orta axarı və Dnestrin sağ sahili) Neolit dövrünə aid arxeoloji mədəniyyət.
Tarixi Yaranma tarixi mübahisəlidir: təqribən e.ə. 6400–5300 illər, yaxud 6-cı minilliyin ikinci yarısı –5-ci minilliyin birinci yarısı. V.N. Danilenko tərəfindən müəyyənləşdirilmişdir. Cənubi Buq və Dnestr variantlarına bölünür. Onun formalaşmasında yerli Mezolit ənənələrinin, Sursk və Starçevo mədəniyyətlərinin komponentləri iştirak etmişdir. Məskənlər subasar ərazilərin yaxınlığında yerləşirdi, yerüstü evlərdə böyük ocaq və ya ocaq çalası izləri qalmışdır.
Erkən mərhələsi Buq-Dnestr mədəniyyətinin erkən mərhələsi üçün çaxmaqdaşı avadanlığında Mezolit əlamətləri səciyyəvidir. Təsərrüfat balıqçılıq, ovçuluq və yığıcılığa əsaslanırdı. Heyvandarlığın rolu tədricən artmış, əkinçilik inkişaf etmişdi. Cilalanmış baltalar, kərkilər, dənəzənlər, buynuzdan düzəldilmiş toxalar meydana gəlmişdi.
Son mərhələsi Buq-Dnestr mədəniyyətinin son mərhələsində dairəvi və sivri oturacaqlı qablar yayılmışdı. Buq-Dnestr mədəniyyətini Tripolye-Kukuten mədəniyyəti əvəz etmişdir. Buq-Dnestr mədəniyyəti// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 61.
İstinadlar
Kateqoriya:Arxeoloji mədəniyyətlər Kateqoriya:Avropanın arxeoloji mədəniyyətləri