2S3 Akatsiya və ya digər adıyla SO-152 1968-ci ildə SSRİ tərəfindən istehsal olunmuş 152.4 mm-lik özüyeriyən artilleriya qurğusu. ABŞ istehsalı 155 mm-lik M109 haubitsasına cavab olaraq hazırlanmışdır. SO-152-nin istehsalı 1968-ci ildə tamamlanmış, 1971-ci ildə isə silahlanmaya qəbul olunmuşdur. Sonradan bu döyüş texnikası GRAU tərəfindən 2S3 adlandırıldı.

Döyüş keçmişi

thumb|300px thumb|300px thumb|300px thumb|300px 2S3 Akatsiya Sovet ordusunun Əfqanıstan müharibəsində çox yaxşı təsir bağışladı və bu müharibədən sonra ən məşhur özüyeriyən artilleriya qurğularından biri hesab olunurdu. Həmçinin, 2S3-lər hər iki Çeçen müharibəsi daxil keçmiş SSRİ ərazisində baş verən bir çox münaqişələrdə kifayət qədər uğurlu şəkildə istifadə olunmuşdur. Bu haubitsanın istifadə olunduğu digər müharibələr aşağıdakılardır: İran-İraq müharibəsi (1980-1988) Körfəz müharibəsi (1991) Birinci çeçen müharibəsi (1994-1996) Rusiya-Gürcüstan müharibəsi (2008) Liviya vətəndaş müharibəsi (2011) Suriya vətəndaş müharibəsi (2011-davam edir) Donbass müharibəsi (2014-davam edir)

thumb|2S3 Akatsiya Sankt-Peterburq artilleriya muzeyində

Əlavə məlumatlar thumb|300px

Əsas silahı: 152 mm-lik“2A3” yivli topu.

Kalibri: 152 mm

Qüllənin qalxma bucağı: -4...+60°

Üfüqi tuşlama bucağı: 360°

Mərmi ağırlığı: 27.67 – 50.8 kq

Mərminin çıxış sürəti: 680 metr/saniyə

Atəş tezliyi: 6 atəş/dəqiqə

Atəş məsafəsi: 24 km

Sursat sayı: 46 ədəd

Köməkçi silahı: 7.62 mm-lik “PKT” pulemyotu

Kalibri: 7.62 mm

Mərmi: 7.62x54 mm

Atəş tezliyi: 750-800 atəş/dəqiqə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.5 km

Maksimal atəş məsafəsi: 4 km

Sursat sayı: 1500 ədəd

Uzunluğu: 6.97 metr

Qüllə daxil olmaqla: 7.76 metr

Qüllənin uzunluğu: 5.19 metr

Klirens: 0.45 metr

Zireh qalınlığı: 30 mm-lik yayılmış polad

Zəminə təzyiq: 0.6kq/sm²

Dalış dərinliyi: 1 metr

Xəndək keçmə: 3 metr

Divar dağıtmaq: 0.7 metr

Qalxma dərəcəsi: 30°

Motor: V-59U dizel

At gücü: 520

Maksimal sürəti: 63 kilometr/saat

Yanacaq tutumu: 830 litr

Mənzili: 500 kilometr

Dayandırılması: Hidravlik amortizatorlar və müstəqil burulma bar.

Variantları:

2S3 (SO-152) 2S3M (SO-152 M) 2S3M1 (SO-152 M1) 2S3M2 (SO-152 M2) 2S3M2 -155 2S3M3

300px|thumbnail|Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan 2S3

İstifadəçiləri

thumb|300px|2S3 istifadəçiləri: hal-hazırkı istifadəçilər mavi, keçmiş istifadəçilər isə qırmızı rəngdə göstərilmişdir : 40 Anqola: 48 : İlk dəfə 2008-ci il hərbi paradında nümayiş olunmuşdur. : 28 : 168 : 32 : 18 : 150 : 931 ədədi hazırda xidmətini davam etdirir, 1600 ədədi ehtiyatda saxlanılır. : 501

Keçmiş istifadəçilər : 20 Şərqi Almaniya: 95

: 7 (4-ü 1993-cü ildə Almaniyadan, 3-ü 2000-ci ildə Ukraynadan alınıb) İraq: 35

Həmçinin bax 2S19 Msta-S 2S1 Qvozdika Azərbaycan Respublikası Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları

İstinadlar

Kateqoriya:SSRİ-nin hərbi məhsulları Kateqoriya:Nüvə artilleriyası Kateqoriya:152 mm kalibrli artilleriya