Namiq Nəriman oğlu Əliyev () — tibb elmləri doktoru (1998), professor (1989), AMEA-nın müxbir üzvü (2001), Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü (2002), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (2000), Azərbaycan SSR Əməkdar həkimi (1991)

Həyatı Namiq Əliyev 28 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1958–1960-cı illərdə Bakı şəhəri 5 saylı tibb məktəbinin tələbəsi olub. Ali təhsilini 1960–1968-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində alıb. 1968–1970-ci illərdə həmin universitetin Mikrobiologiya kafedrasının aspirantı kimi təhsilini davam etdirib.

Əmək fəaliyyəti Namiq Əliyev 1971–1987-ci illərdə Azərbaycan Dövlət Tibb universitetinin Yoluxucu xəstəliklər kafedrasında assistent, 1987–1988-ci illərdə dosent, 1989–1990-cı illərdə isə professor vəzifələrini icra edib. 1981-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müfəttiş, 1982–1991-ci illərdə isə Elmi-Tibbi Şuranın sədr müavini kimi fəaliyyət göstərib.

Namiq Əliyev 1993–1994-cü illərdə Elm idarisinin rəisi olaraq çalışan Namiq Əliyev 1994-cü ildən V. Y. Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru vəzifəsini icra edib. Pedaqoji fəaliyyətlə məşğul olan alim, eyni zamanda Azərbaycan Tibb Universitetində Yoluxucu xəstəliklər kafedrasının müdiri işləyib.

Akademik fəaliyyəti Namiq Əliyev 1970-ci ildə "Maqnit sahəsinin bəzi mikroorqanizmlərin marfogenetik və genetik-biokimyəvi xüsusiyyətlərinə təsiri" mövzusunda fəlsəfə doktoru dissertasiyası, 1998-ci ildə "Maqnit sahəsinin bir sıra infeksion xəstəliklərin kompleks müalicəsində tətbiqinin klinik-eksperimental əsaslandırılması" mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib. 1989-cu ildə Yoluxucu xəstəliklər ixtisası üzrə professor elmi adına layiq görülüb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2002-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilib.

Alim 300-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya, 5 dərslik və dərs vəsaiti, 18 səmərələşdirici təklif, 8 patentin müəllifidir. Onun elmi rəhbərliyi ilə 3 elmlər doktoru, 16 fəlsəfə doktoru hazırlanıb.

Ölümü Namiq Əliyev 2020-ci ildə vəfat edib.

Təltifləri "Şöhrət" ordeni — 26 iyul 2010 "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2 noyabr 2000 "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 4 fevral 1991

Elmi əsərləri "Artemisia issayevii Rzazade" növündən olan efir yağının virus əleyhinə fəallığı Azərbaycanda enterovirus infeksiyaları üzərində epidemioloji nəzarətin təşkilinin əsas məqamları Azərbaycanda uşaqlar arasında naməlum etiologiyalı bağırsaq infeksiyası zamanı adenovirusların aşkar olunması

İstinadlar

Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:AMEA-nın müxbir üzvləri