Fikrət Əhmədəli oğlu Əliyev () — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik (2000).

Həyatı 13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub.. F. Ə. Əliyev 1971-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) mexanika -riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olmuş, 1975-ci ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə SSRİ EA-nın Ümumittifaq Sistem Analizi İnstitutunda (Moskva) fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. F. Ə. Əliyev 2007-ci ildən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Vitse-Prezidentidir.

"History of Science" beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın "Fizika-riyaziyyat və texnika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.

Elmi fəaliyyəti F. Ə. Əliyev 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992–1993-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olmuş, 1993-cü ildən indiyədək Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat ETİnin direktoru vəzifəsində calışır.

"History of Science" beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın "Fizika-riyaziyyat və texnika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse prezidenti

F. Ə. Əliyev 1993-cü ildə Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının üzvüdür.

Applied and Computational Mathematics beynəlxalq jurnalın həm baş redaktoru

TWMS Journal Pure and Applied Mathematics beynəlxalq jurnalın baş redaktoru

Proceedings of Institute of Applied Mathematics jurnalın baş redaktoru

Təltif və mükafatları F. Ə. Əliyev Azərbaycan elminin təbliğindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Rumıniya Respublikasının Riyaziyyat Cəmiyyətinin 100 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunub. Qazaxstan Respublikasının Əl-Fərabi adına Milli Universitetin Yubiley medalı.

İstinadlar

Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:İdarəetmə Sistemləri İnstitutunun (Azərbaycan) alimləri Kateqoriya:Azərbaycan riyaziyyatçıları