Dağlıq Qarabağ Muxtar Vilayəti () — Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində 1923–1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil olmuşdur.

Tarixi 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır.К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918–1925. Документы и материалы, с. 152–153

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" qərar qəbul etdi.

Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir, lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır.Armenia, Azerbaijan, and Georia Country Studies, Area Handbook Series, Federal Reserch Division Library of Congress, 1994, ISBN 0-8444-0848-4, pp. 19–21.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Həmin qanuna əsasən "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılmış, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri – Xankəndi şəhəri, Mardakert şəhəri – Ağdərə şəhəri, Martuni şəhəri – Xocavənd şəhəri, Mardakert rayonu – Ağdərə rayonu, Martuni rayonu – Xocavənd rayonu adlandırılmış, Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.

"Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarı. ilə Ağdərə rayonu ləğv edilmiş və onun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülmüşdür.

İnzibati ərazi quruluşu thumb|right|400px|DQMV-nin inzibati xəritəsi (1989)

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdakı kimi bölünmüşdü:

1. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi. 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi. 3. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 4. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 5. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi;

Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: Ceraberd, Martuni, Xankəndi, Dizaq, Şuşa.

Göründüyü kimi, Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Xankəndiyə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir, lakin N. S. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi. +DQMV-nin inzibati ərazi vahidləri (1989) № İnzibati ərazi vahidinin adı Ərazisinin sahəsi (km2)Azərbaycan Sovet Ensiklopediyası Əhalisinin sayı 1989 1 Xankəndi şəhəri 16 56 705 2 Şuşa rayonu 289 20 374 3 Əsgəran rayonu 920 20 954 4 Ağdərə rayonu 1 705 47 047 5 Xocavənd rayonu 779 28 202 6 Hadrut rayonu 679 14 487 Cəmi: 4 388 187 769

Əhalisi thumb|right|300px|DQMV-nin etnik xəritəsi (1989) +1926–1989-cu illər ümumittifaq siyahıyaalınmasına əsasən DQMV əhalisinin sayı və etnik tərkibi Xalqlar 1926Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР Демоскопnəfər % 1939Всесоюзная перепись населения 1939 года. Распределение городского и сельского населения областей союзных республик по национальности и полу Демоскопnəfər % 1959Всесоюзная перепись населения 1959 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскопnəfər % 1970Всесоюзная перепись населения 1970 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскопnəfər % 1979Всесоюзная перепись населения 1979 года. Городское и сельское население областей республик СССР (кроме РСФСР) по полу и национальности Демоскопnəfər % 1989Всесоюзная перепись населения 1989 года. Распределение городского и сельского населения областей республик СССР по полу и национальности Демоскопnəfər % Toplam 125159 100,00% 150837 100,00% 130406 100,00% 150313 100,00% 162181 100,00% 189085 100,00% Ermənilər 111694 89,24% 132800 88,04% 110053 84,39% 121068 80,54% 123076 75,89% 145450 76,92% Azərbaycanlılar1926-cı il siyahıyaalmasında "Türk əhali" kimi qeyd olunub 12592 10,06% 14053 9,32% 17995 13,80% 27179 18,08% 37264 22,98% 40688 21,52% Ruslar 596 0,48% 3174 2,10% 1790 1,37% 1310 0,87% 1265 0,78% 1922 1,02% Ukraynalılar 35 0,03% 436 0,29% 238 0,18% 193 0,13% 140 0,09% 416 0,22% Belaruslar 12 0,01% 11 0,01% 32 0,02% 35 0,02% 37 0,02% 79 0,04% Yunanlar 68 0,05% 74 0,05% 67 0,05% 33 0,02% 56 0,03% 72 0,04% Tatarlar 6 0,00% 29 0,02% 36 0,03% 25 0,02% 41 0,03% 64 0,03% Gürcülər 5 0,00% 25 0,02% 16 0,01% 22 0,01% 17 0,01% 57 0,03% Digərləri 151 0,12% 235 0,16% 179 0,14% 448 0,30% 285 0,18% 337 0,18% +DQMV-yə daxil olan inzibati ərazi vahidləri üzrə əhalinin etnik tərkibi (1979) İnzibati-ərazi vahidi Əhalinin toplam sayı Ermənilər Azərbaycanlılar Digərləri Xankəndi ş. ə/d38 948 (100%)33 898 (87,0%)4 303 (11,0%)747 (1,9%) Ağdərə rayonu44 586 (100%)37 050 (83,1%)7 050 (15,8%)486 (1,1%) Əsgəran rayonu20 094 (100%)14 772 (73,5%)5 231 (26,0%)91 (0,5%) Şuşa rayonu16 019 (100%)2 881 (18,0%)12 955 (80,9%)183 (1,1%) Hadrut rayonu14 792 (100%)12 489 (84,4%)2 239 (15,1%)64 (0,4%) Xocavənd rayonu27 742 (100%)21 986 (79,3%)5 486 (19,8%)270 (1,0%)

Rəhbərlər

İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri: SıraAd və soyadBaşlanğıc tarixiBitmə tarixi1Armenak Nikitinoviç Qaragözov(1890–1938)7 iyul 19236 noyabr 19232Ərşad Xudayarqulu oğlu Məhərrəmov(1887–1935)6 noyabr 19231 dekabr 19233Armenak Nikitinoviç Qaragözov(1890–1938)1 dekabr 19231 noyabr 19284Məşədi Səlim İbrahimov(1871–1937)1 noyabr 19287 mart 19305İslam Abdulla oğlu Hacıyev(1889–1938)7 mart 19305 sentyabr 19316Əsədulla Telman oğlu Cəfərov(1897-?)5 sentyabr 193130 sentyabr 19357Suren Mirzəyeviç Badamyan(1890–1938)30 sentyabr 193530 sentyabr 19378Hayk Avetisoviç Qarqaryan(1904–1988)30 sentyabr 193715 aprel 19399Şura Tağıverdi oğlu Həsənov(1900–1940)15 aprel 19391 dekabr 194010Qriqori Sergeyeviç Petrosyan1 dekabr 19405 iyul 194411Muşeq Avakoviç Qriqoryan(1900–1970)5 iyul 194426 oktyabr 194512Yeqişe Semyonoviç Akopov(1902-?)26 oktyabr 19457 iyul 195113Şamilqulu Zabir oğlu Məmmədov(1895–1961)7 iyul 195120 may 195314Paşa Asaturoviç Aruşanov(1916–2004)20 may 19538 may 195415Ruben Tevosoviç Şahramanyan(1914–1930)8 may 195425 iyul 196316Muşeq Qriqoroviç Ağacanyan(1924–1952)25 iyul 196318 fevral 197417Armais Əmiroviç Aslanov(1923–1992)18 fevral 197430 avqust 198818Semyon Amayaqoviç Babayev(1932)30 avqust 19887 iyul 199119Leonard Georgiyeviç Petrosyan(1953–1999)7 iyul 199123 noyabr 1991

Həmçinin bax

Qarabağ Dağlıq Qarabağ Qondarma Dağlıq Qarabağ Respublikası Qarabağ iqtisadi rayonu Qarabağ xanlığı Qarabağ general-qubernatorluğu

İstinadlar

Mənbə

Xarici keçidlər Şuşa Dağlıq Qarabağ muxtariyyatının mərkəzi olmalı idi — Cəmil Həsənli

Kateqoriya:SSRİ-nin muxtar vilayətləri Kateqoriya:Dağlıq Qarabağ Kateqoriya:Qarabağ Kateqoriya:Azərbaycan Kateqoriya:Azərbaycan Sovet Sosialist Respublikası Kateqoriya:Azərbaycan SSR-in ləğv olunmuş vilayətləri Kateqoriya:7 iyulda yarananlar Kateqoriya:1923-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:1991-ci ildə ləğv olunanlar Kateqoriya:Qarabağ tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Dağlıq Qarabağ Muxtar Vilayəti