Antonesku (Antonescu) Yon (; ) — Rumıniya hərbi-faşist diktatoru, marşal (1941).

Haqqında 1907-ci ildə kəndli üsyanının yatırılmasında, 1919-cu ildə Rumıniyanın Macarıstana müdaxiləsində iştirak etmişdir. 1933–34-cü illərdə Baş qərargahın rəisi, 1938-ci ildən isə müdafiə naziri olmuşdur. 1940-cı ildə Rumıniyanın tam hüquqlu diktatoru oldu. Faşist ölkələri ilə birlikdə SSRİ-yə qarşı müharibəyə qoşulmuşdur (1941, iyun). Sovet qoşunları Rumıniyaya daxil olduqdan sonra Y. Antonesku həbs edilmiş (1944, 23avqust) və hərbi cinayətkar kimi edam olunmuşdur.

İstinadlar

Kateqoriya:Marşallar Kateqoriya:Rumıniya siyasətçiləri Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Nasist cinayətkarları Kateqoriya:Xristianlıq Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları