Cimmi Vilson (; ) — Amerikalı müğənni, bəstəkar və musiqili teatr aktyoru. O San-Marinolu müğənni Valentina Monetta ilə birlikdə San-Marinonu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası Cimmi Vilson Hollivudda aktyorluq təhsili almışdır. O eyni zamanda Maykl Ceksonun hazırladığı Sisterella tamaşasında rol almışdır. Daha sonra Cimmi Almaniyaya köçmüşdür. O Almaniyada Hope! – Das Obama Musical tamaşasında Barak Obamanı canlandırmışdır. 2012-ci ildə Cimmi Polşada keçirilən Must Be the Music musiqi yarışmasında iştirak etmişdir.

12 mart 2017-ci ildə San-Marinonun SMRTV telekanalı Cimmi Vilsonun San-Marinolu ifaçı Valentina Monetta ilə birlikdə ölkəni Avroviziyada təmsil edəcəyini açıqlamışdır. Beləliklə, Cimmi və Valentina duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı San-Marinonu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mübarizəyə 2-ci yarımfinal mərhələsindən qoşulan Cimmi və Valentina yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur. Bu San-Marinonun müsabiqə tarixindəki ən aşağı nəticəsi olmuşdur.

Avroviziyada iştirakından sonra Cimmi Vilsonun So Damn Beautiful adlı debüt albomu işıq üzü görmüşdür.

Diskoqrafiya Albomlar So Damn Beautiful (2017)

Sinqllar "Spirit of the Night" (2017) "So Damn Beautiful" (2017)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ-də doğulanlar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:San-Marinonun "Avroviziya" təmsilçiləri