Sevzixanov Vidadi Sevzixan oğlu () — "Qusar" qəzetinin baş redaktoru, Əməkdar jurnalist (2010).

Həyatı Vidadi Sevzixanov 1954-cü il martın 27-də Azərbaycan Respublikası Qusar rayonunun Həzrə (Yargun) kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra (1977) Qusar rayonunda Azərbaycan və ləzgi dillərində nəşr olunan "Qusar Kцlaр" qəzetində çalışır. 1999-cu ildən bu qəzetin baş redaktorudur.

Azərbaycan Respubliksı Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.

Qəhrəmanları rayonun sadə zəhmət adamları, elm, sənət, siyasət xadimləri olan azərbaycan, ləzgi və rus dillərində dərc olumuş oçerk, məqalə, portret və müsahibələrin, "Ömürlər, anlar" kitabının müəllifi, yerli yazarların onlarla kitabının tərtibçisi və redaktorudur."43" Билал Адилов "Кьисметдин жигъир" СтIурви Шакир

Üç övladı, yeddi nəvəsi vardır.

İstinadlar

Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Ləzgi jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri