Simlyansk rayon diyarşunaslıq muzeyi — Rostov vilayəti Simlyansk rayonu, Simlyansk şəhərində yerləşən muzey. Muzeyin direktoru Qalina Alekseevna Sumsovadur.
Muzeyin tarixi Muzey 16 fevral 1998-ci ildə təşkil edilmişdir. Təşkil olunmasının ilkin dönəmində Simlyansk rayon hərbi və əmək şöhrəti istiqamətli bir muzey olmuşdur. Hazırda isə muzey rayonun tarixi, arxeoloji abidələri, yerli əhalinin həyatı və onların əldə etdiyi medalların toplanması isriqamətində fəal işlər görülür.
Muzey eksponatları altı kolleksiyada birləşdirilmişdir: "Arxeologiya", "Əşyavi mənbələr" (metal, ağac, keramika, parça, daş, plasmasda ibarət olan atələt və məmulatlar, zooloji və botanik materiallar, antropoloji kolleksiya), "Təsvir mənbələri" (təsvir, qrafika, ikona, skulptura), "Numizmatika" (dəmir pullar, orden, medal, jeton, işarə, markalar, kağız pullar), "Silahlar" (soyuq və odlu silahları), "Məktub mənbələri" (əlyazmalar və möhür sənədləri, nadir kitablar, şəkillər, açıqçalar).
2017-ci il məlumatına görə muzeydə 5437 ədəd predmet vardır. Burada Simlyansk stanisası, Simlyansk şəhəri, Simlyansk SES, Avrasiya çölü haqqında eksponatlar toplanmışdır. İl ərzində muzeyi 9 min insan ziyarət edirМБУК "Цимлянский районный краеведческий музей" . Muzey hər il muzey gecəsi adlı təşkilati tədbirlər keçirirНочь музеев в Цимлянском районном краеведческом музее . Muzeydə davamlı olaraq sərgilər təşkil edilirВыставка в Цимлянске В Цимлянск приехала выставка из Ростовского краеведческого музея .
Adres Muzeyin yerləşdiyi adres: Rostov vilayəti, Simlyamsk şəhəri, Çexov küçəsi, ev 15.
İstinadlar
Mənbə Официальный сайт музея ЦРКМ
Kateqoriya:Rusiya muzeyləri Kateqoriya:Diyarşünaslıq muzeyləri Kateqoriya:Rostov vilayəti muzeyləri