Sertan Taşkın () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir.

Klub karyerası

İnter Bakı Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub.

Milli komanda Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib.

U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.

2021-ci ildən Azərbaycanın milli futbol komandasının əsas heyətinə çağırılanlardan biri oldu. 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində 2 rəsmi oyunda meydana çıxıb. Ümumilikdə isə əsas milli komandanın heyətində 7 qarşılaşma üçün heyətə cəlb edilib.

Uğurları 2014/15-ci il futbol mövsümündə hazırkı Keşlə FK, ovaxtkı İnter Bakı FK ilə Azərbaycan Premyer Liqasının qızıl medallarının sahibi olmuşdur. 2017/18-ci il futbol mövsümündə isə həmin komandanın heyətində futbol üzrə Azərbaycan Kubokunun qalibi olub.

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolİnter Bakı PİK2014–15Premyer Liqa10000000102015–16901000001002016–178010000090Ümumi180200000200Ümumi karyera180200000200 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.

Xarici keçidlər İstinadlar

İnter Baku profile at PFL

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Türkiyə əsilli azərbaycanlılar Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular