Aşağı Qaraçimən — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 5 km şimal-şərqdə yerləşmişdir.

Toponim türk dilində «böyük, geniş» mə’nasında işlənən qara sözü iləİbrahimov (Şahin) T.Ə.Qaşqaylar, Bakı, «Elm», 1988. s.271 «yaşıllıq, otluq» mə’nasında işlənən çimən (çəmən sözünün dialekt variantı) sözünün birləşməsindən əmələ gəlib «böyük çəmənlik» mənasını bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 11 nəfər, 1873 - cü ildə 63 nəfər, 1886-cı ildə 225 nəfər, 1897-ci ildə 34 nəfər, 1904 - cü ildə 216 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135.

1918-ci ilin dekabrın axırlarında ermənilər azərbaycanlıları qırğınlarla qovmuş və yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 210 nəfər, 1926-cı ildə 154 nəfər, 1931-ci ildə 212 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 57, 135.

1988-ci ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri