Qonaqqıran, Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qonaqqıran kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.135, Qafqazın 5 verstlik xəritəsində Qonax Qran formasındaД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.139 qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi qeyd olunur

Toponimi Toponim qədim türk dilində "dayanacaq", "istirahət yeri" mənasında işlənən qonaq sözü iləДревнетюркский словарь, Л., "Наука", 1969. s.455, "düşərgə", "maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren //kran sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.317 birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur. (erməni tarixçiləri Şirak adının qədim türk mənşəli etnonim olduğunu hələ bilmirlər). Türk dillərində kunak, konak "dayanacaq", "istirahət yeri" və kuren "hərbi düşərgə" (bax: Itqİran) sözlərindən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Kunaq-Tau (dağ adı) və Kunak-təpə, Zaqatala dairəsində Kunax-Ay (dağ və çay adı), Batum əyalətinin Batum dairəsində Qonaq-Çir (çay adı) toponimlərilə mə'naca eynidir. Orta əsrlərdə Sürməlidən cənub-şərqdə Kunak qalası (İndi Türkiyədə "Qaraqala" adı ilə qalır) adlı qala vardı

Əhalisi 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri