Azərbaycan–Qambiya münasibətləri — Azərbaycan Respublikası ilə Qambiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin noyabr ayının 11-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
Fövqəladə və səlahiyyətli səfirlər Azərbaycan səfirləri İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var.
11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdurAzərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T.İ.Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli, 2587 nömrəli Sərəncamı. e-qanun.az .
Viza rejimi 4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşü zamanı iki ölkə arasında diplomatik passport sahibləri üçün viza tələbinin aradan qaldırılması barəsə saziş imzalanıb.
İstinadlar