Vedi rayonu, Ararat rayonu — Ermənistan Respublikasında (tarixi Qərbi Azərbaycanda, Vedibasar mahalında) mövcud olmuş rayon. Mərkəzi Böyük Vedi şəhəri idi.
Tarixi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir.
Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850–1000 metrdir. Araz çayı da bu düzənlikdən axır. Düzənlik Cənub tərəfdən Ağrı dağ vulkan massivi ilə əhatələnib. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araza tökülür.
Şidli toponimi Şəddadilərlə əlaqələndirilir. Tarixi məlumatlara görə Vedi mahalı ərazisində 75 kənd olub və onların əksəriyyəti də rayonun dağlıq hissəsində yerləşib. Etnik baxımdan isə bu yerlərin əhalisi yalnız azərbaycan türklərindən ibarət olub. XIX əsrdə mahal ərazisində cəmi 15 nəfər (iki ailədə) erməni yaşayırdı. Lakin ərazilər ruslar tərəfindən işğal edildikdən sonra rayonda ermənilərin yaşadığı Reyhanlı və azərbaycanlılar və ermənilərin qarışıq yaşadığı Dəvəli kimi kəndlər yaradıldı.
XX əsrin əvvəllərində rayon Andronikin daşnak dəstələrinin hücumuna məruz qaldı. Lakin xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qorumuşdur. Mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə məruz qalmış, tez-tez ərazi inzibati dəyişiklikləri edilmişdir.
1936-cı ildə rayon iki yerə parçalanaraq ərazisində ikinci bir qondarma Qarabağlar rayonu yaradılmışdır. Bir neçə il ərzində rayon iqtisadi cəhətdən diz çökdürülüb əhalisi köçürüldükdən sonra isə 1948-ci ildə yenidən Vedi rayonuna birləşdirilmişdir. 1964-cü ildə isə Vedi rayonu özü ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonu ilə birləşdirilmişdir. Lakin bu niyyət baş tutmur və Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edilir.
1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş, Çəmbərək.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiİmirzik…ÇəmbərəkSurenavan…Aşağı QarabağlarÇimənkənd…ÇimənkəndUrdzadzor25.01.1978DəvəliArarat03.01.1935KeşişverənZovaşen03.01.1935ZovaşenUrtsalanc21.10.1967Böyük VediVedi04.04.1946GoravanYenikənd04.04.1946ReyhanlıAygevan04.04.1946QaşqaVardaşat10.04.1947ÇanaxçıSovetaşen10.09.1948ArazdəyənYerasx03.07.1968Kiçik VediPokr Vedi…BirəliLancar03.07.1968DaşdıDaşdakar03.07.1968QədirliLancanist03.07.1968ŞahablıŞağab03.07.1968ŞıxlarLusarat26.12.1968QaralarAralez25.01.1978QaraxacLusaşor25.01.1978TaytanVanaşen25.01.1978ŞirazlıVosketap1991-ci ilYengicəSisavan1991-ci ilXalisaNorakert1991-ci ilŞidliYexeqnavan1991-ci ilBağçacıq (Vedi) kənd 1959-cu ildə ləğv edilmişdir
İstinadlar
Ədəbiyyat Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. Əziz Ələkbərli, "Abbasqulu bəy Şadlinski", Bakı, "Ağrıdağ", 1996. Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", Bakı, "Ağrıdağ", 2000. Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", (2-ci nəşri), Bakı, "Ağrıdağ", 2003. Əziz Ələkbərli. "Qərbi Azərbaycan abidələri", Bakı, "Ağrıdağ", 2006. Əziz Ələkbərli. "Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı", Bakı, "Nurlan", 2008. Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI – начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992 Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992 Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990 Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993 Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993 Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
Mənbə Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
Kateqoriya:Ermənistan SSR-in rayonları