Azərbaycan–Mərakeş münasibətləri — Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Tarixi Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdırAzərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin kurasiyasında olan ölkələrlə ikitərəfli münasibətlər . rabat.mfa.gov.az .
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 25-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
Azərbaycanla Mərakeş arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilmişdir.
Fövqəladə və səlahiyyətli səfirlər Azərbaycan səfirləri İqamətgahı Rabat şəhərində olmaqla Azərbaycan Respublikasının Mərakeş Kırallığında səfirliyi var. Hazırda Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyevdir. O, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təyin edilmişdirT.İ.Əliyevin Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2415 nömrəli Sərəncamı. e-qanun.az .
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahir Əsədov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən İmamverdi İsmayılov işçi qrupunun rəhbəridir.
İqtisadi əlaqələr Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi2020206,512 274,332 480,84202112,044 452,744 464,78202205 434,025 434,022023101,675 806,795 908,462024110,948 187,58 298,44
İdman sahəsində əməkdaşlıq thumb|1984 Yay Olimpiya Oyunlarının qızıl medalçısı olmuş Mərakeş idmançı Səid Auitaya həsr olunmuş Azərbaycan poçt markası (1996)9 Aprel, 1996. Atlanta Olimpiya Oyunları-96 . azermarka.az, 09.04.1996
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin rəsmi saytı: rabat.mfa.gov.az