Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946, Bakı – 12 yanvar 1994, Bakı) — Azərbaycan müğənnisi, klassik estrada janrında bəstəkar mahnılarının mahir ifaçısı, Azərbaycan Televiziyası və Radiosunun "Dan ulduzu" instrumental ansamblının keçmiş solisti (1970-1994).
Həyatı Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı.
Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi.
Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.
Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi.
Yaradıcılığı Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünərdi, Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə özündən çıxarardı.
Albomları/Mahnıları Mənim dünyam Nə Gözəldir Azərbaycan Bağçadan Gələn Səs Gəl Barışaq Köçəri Quşlar Bir Xumar Baxışla Unuda Bilmirəm Mehriban İnsanlar Məzəli Mahnı Xalidə Gözəl Bu gecə Ürək Mənim Dünyam Cəmilə
İstinadlar
Xarici keçidlər Hüseynağa Hadıyev (2016) (TV)
Həmçinin Bax Azərbaycan musiqisi
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər