Ramilə Şahvələd qızı Kaştayeva (qızlıq soyadı: Yusubova, ) — Azərbaycanı təmsil etmiş cüdoçu və para-cüdoçu. Azərbaycan Respublikasının idman ustası. Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri.
Karyerası Cüdo Ramilə, beynəlxalq səviyyədə ilk ciddi uğuruna, 2003-cü ilin avqustunda, Bakıda baş tutmuş U-17 dünya çempionatında qızıl medal qazanmaqla nail olub. 2004-cü ilin noyabrında hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb.
2005-ci ilin dekabrında baş tutmuş Azərbaycan çempionatının finalında Sona Əhmədliyə məğlub olaraq gümüş medalla kifayətlənib. 2006-cı ilin oktyabrında Bakıda keçirilmiş U-23 Azərbaycan çempionatında qızıl, noyabrında isə Moskvada keçirilmiş U-23 Avropa çempionatında bürünc medal qazanıb.
2008-ci ildə həlledici görüşdə Gözəl Zutovaya qalib gələrək Azərbaycan çempionu olub. Bir il sonra Antalyada baş tutmuş U-23 Avropa çempionatında üçüncü yeri tutub.
2010-cu ilin sentyabrında Tokionun ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb. 2011-ci və 2012-ci illərdə müvafiq olaraq Əbu-Dabi və Bakıda keçirilimiş Qran-pri yarışlarında gümüş medal qazanıb. 2012-ci ilin aprelində Çelyabinskdə baş tutmuş Avropa çempionatında üçüncülük uğrunda mübarizədə Fransa təmsilçisi Klariss Aqbenyenuya məğlub olaraq yarışı beşinci pillədə başa vurub.
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı 63 kq çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edən Ramilə, ikinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.
Olimpiadadan sonra ailə həyatı qurub və övlad dünyaya gətirib. 2013-cü ildə Azərbaycan çempionatının qalibi olub.
Para-cüdo Kaştayeva, görmə qabiliyyətində zəiflik yarandığından, paralimpiya yarışlarında mübarizə aparmağa başlayıb.
2017-ci ilin mayında Bakıda baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarının final görüşündə digər Azərbaycan nümayəndəsi Turanə Ağayeva üzərində ipponla qələbə qazanaraq, turnirin qızıl medalına sahib olub.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Cüdo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında cüdoçular Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Gürcüstan azərbaycanlıları