Səmra Əliyeva () — azərbaycanlı jurnalist, aparıcı və Azərbaycanın birinci qadın futbol şərhçisi.
Həyatı Səmra Əliyeva 16 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Atası Ramanadan, anası isə Əmircandandır. 1994-cü ildə Sabunçu rayonunda 80 nömrəli tam orta məktəbin birinci sinifinə gedib və 2005-ci ildə oranı bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) qəbul olub və 2012-ci ildə həmin təhsil ocağından "incəsənət əsərlərinin bərpası və ekspertizası" ixtisası üzrə məzun olub. Qiyabi təhsil aldığı illərdə radioda fəaliyətə başlayıb.
Şəxsi həyatı Səmra Əliyeva 2017-ci ilin sentyabrda AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə ailə həyatı qurdu. 2 övladı var.
Fəaliyyəti Səmra Əliyeva qiyabi təhsil alan illərdə "Antenn 101 FM" radiosunun elan elədiyi müsabiqəyə qatılaraq müsabiqənin qalib oldu.
2008–2012-ci illərdə "Radio Enerji 101.1FM" radiosunda prodüser, 2012–2015-ci illərdə isə həmin radioda idman verilişinin aparıcısı olan Səmra Əliyeva, 2013–2015-ci illərdə "İdman Azərbaycan" TV-də "Overtime" verilişin redaktoru oldu. 2015-ci ildə radionda fəaliyyətin dayandıran Səmra Əliyeva, yeni yaranan "CBC Sport" televiziyasında müxbir və şərhçi olaraq çalışmağa başladı.
Səmra Əliyeva 2016–2017-ci illərdə "CBC Sport" televiziyasında "Mənim Liqam № 1", 2017-ci ildə isə "Goalereya" verilişinin aparıcısı oldu. 2017-ci ildə isə o, "Start" verilişinin aparıcısıdır.
Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 16-cı turu çərçivəsində 2020-ci il fevralın 8-də baş tutan "Neftçi" — "Qarabağ" oyununu şərh edənlərdən biri olan Səmra Əliyeva, bununla Azərbaycanda futbol oyununu şərh edən birinci qadın şərhçi oldu.
Televiziya proqramları TarixProqram… olaraqKanalAparıcıMüxbirRedaktor2013–2015Overtime54x54pxİdman Azərbaycan2016–2017Mənim Liqam № 120x20pxCBC Sport2017Goalereya2017—Start
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanda qadın ilkləri