Təpəbaşı məscidi və ya Hacı İmamverdi məscidi — İrəvanda Təpəbaşı məhəlləsində Azərbaycan məscidi.
Tarixi Bəzi mənbələrdə Təpəbaşı məscidinin inşa tarixinin 1687-ci il olduğu qeyd edilsə də, onun dəqiq tikilmə tarixi məlum deyildir. Bizə çatan məlumatlara əsasən onun ən azı XIX əsrin qırxıncı illərində mövcud olduğu bildirilir. Çox güman ki, məscid daha qədimdir və XVII–XVIII əsrlərə aiddir. Bəzi məlumatlara görə məscid İrəvan şəhər upravasının üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilmişdir. Onun evi də həmin məhəllədə olmuşdur.
Haqqında Təpəbaşı məscidi eyniadlı Təpəbaşı yaşayış massivində yaşayış massivində yerləşir. Məscidin minarəsi isə 1960-cı illərdə uçmuşdur. Sonralar isə məscidin həyətində və ətrafında gecəqondular inşa edilmişdir. Hazırda dağılmış vəziyyətdə olan bu məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşmışdırlar. Bəzən erməni ailələrinin yaşadığı Abbasqulu xanın evini hələ də ermənilər "Xanın evi" adlandırırlar.Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. İndi həmin çayxana da yoxdur. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər.
Memarlıq xüsusiyyətləri Məscid tamamilə kərpicdən tikilmişdir. Fotoşəkillərdən göründüyü kimi İrəvandakı bir sıra digər məscidlərdən nümunə götürərək təkrarlanan rombvari naxışlı şirli mozaika plitələrlə üzlənmiş əsas günbəz qorunub saxlanmamışdır. Divarlarının qalınlığı 1,5 metrdir. Məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır.
Qalereya
Həmçinin bax Sərdar məscidi
İstinadlar
Xarici keçidlər Caliber.az mission landed in Armenia: investigation into the footsteps of vandals — Exclusive photo facts http://www.iravan.info/meschidler.html Ermənistan vandalizmi ilə bağlı Azərbaycanın UNESCO-ya müraciətinin MƏTNİ İrəvan şəhərinin Təpəbaşı məhəlləsinin taleyi: İrəvan şəhərinin nüvəsi – Təpəbaşı məhəlləsi İrəvandakı Təpəbaşı məhəlləsi Azərbaycan xalqına aid memarlıq irsidir
Kateqoriya:İrəvan məscidləri Kateqoriya:İrəvan xanlığı Kateqoriya:XVII əsr memarlığı Kateqoriya:1687-ci ildə yarananlar Kateqoriya:Ermənistanda dağıdılmış binalar və tikililər