Çivinli (1991-ci ildən Yeğnacur) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi 1915–1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Türkiyə ərazisinə sığınmağa məcbur olmuşdur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir. 1988-ci ildə azərbaycanlı əhali yenidən deportasiya olunmuşdur.
Rayon mərkəzindən 27 km şimal-qərbdə, Türkiyənin sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно-Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.284 qeyd edilmişdir.
Bizə görə, toponim kəngərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etnonimi əsasındaГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.62–63 formalaşmışdır. Etnotoponimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivinli formasına düşmüşdür. Quruluşca sadə toponimdir.
19 aprel 1991-ci ildə kəndin adı dəyişdirilib "Yeğnacur" qoyulmuşdur.
Əhalisi Kəndin sakinləri azərbaycanlıların etnoqrafik qruplarından olan qarapapaqlar olmuşdurerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20.
Kənddə 1905-ci ildə 270 nəfər, 1914-cü ildə 350 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.104–105.
1915-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildən sonra, indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar geri qayıda bilmişdir. 1922-ci ildə kənddə 234 nəfər, 1926-cı ildə 294 nəfər, 1931-ci ildə 324 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105, 1987-ci ildə 534 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar Ermənistan hökuməti tərəfindən qovulmuşdur. İndi kənddə ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri