Elizabet Enn Uorren (, qızlıqda Herrinq ; ) — ABŞ akademik və siyasətçi. Hazırda ABŞ Senatında Massaçusets ştatını təmsil edən Senatordur. Əvvəl isə o, Texas Universitetinin Hüquq Məktəbi, Pensilvaniya Universitetinin Hüquq Məktəbi və ən son Harvard Hüquq Məktəbində hüquq professoru olmuş.

Uorren Demokrat Partiyasının aparıcı siyasətçi sayılır və Amerikan proqressivlərin arasında məşhurdur.

Həyatı

Siyasi meyilləri Uorren uzun illər ərzində səsini Respublikaçılara verirdi: Respublikaçı ona görə olmuşam ki, fikirləşirdim ki, onlar bazarı dəstək etmək üçün ən yaxşı adam idilər. Öz sözlərinə görə, o bunu artıq doğru olmadığını sayıb, 1995-ci ildən bəri Demokratlara səs verməyə başladı. O həmçinin qeyd etmişdi ki, hər iki partiyaya, onların heç biri aparıcı olmağa istəmədiyinə görə səs verirdi.Elizabeth Warren: 'I Created Occupy Wall Street' The Daily Beast 2011/10/24

Karyerası

Akademik Gec 1970-ci, 1980-ci və 1990-cı illərdə Uorren bir sıra universitetlərində hüquq öyrədirdi və eyni zamanda, müflisləşmə ilə şəxsi maliyyə kimi məsələləri araşdırırdı.

Məsləhətçi 1995-ci ildə Uorren Milli Müflisləşmə Resenziya Komissiyası üçün məsləhətçi olmağa çağırılıb.National Bankruptcy Review Commission Review fact sheet , revised August 12, 1997.

Siyasətçi

2012 Senat seçkiləri 2011-ci ilin sentyabrın 14-də, Uorren 2012-ci ilin Senat seçkilərdə Massaçusets ştatından öz namizədliyi irəli sürmək istədiyini elan edib. Bu oturacağa Demokrat Edvard Kennedi vəfatından sonra, 2010-cu ilin seçkilərində Respublikaçı Skott Braun seçilib.

Uorren Demokratik nümayəndəsi olmaq üçün öz nümayəndəsini rəqibsiz sürürdü və 2012-ci ilin iyunun 2-də keçən ştatın Demokratlar qurultayında deleqatlardan rekord 95,77% səs toplayıb, uddu.

2020-ci il prezident seçkiləri 2019-cu ilin fevralın 9-da Uorren Massaçusetsın Lourens şəhərində 1912-ci ilin toxucular etiraz tətili baş verdiyi yerindəki toplaşmada öz namizədliyini irəli sürdüyü haqqında rəsmi bəyan edib. 2020-ci ilin martın 5-də o, öz prezident kampaniyasını bitirib.

Siyasi mövqeləri Britaniya New Statesman jurnalı Uorrenı ABŞ-nin 20 ən proqressivlərin arasında olduğunu sayır.

2019-cu ilin yanvarında Uorren Trampın Suriyadan və Əfqanıstandan ABŞ qoşunların çıxarılması qərarını təndiq edib. O, çıxarılmanın lazımi olduğu ilə razılaşıb, amma onun ABŞ mütəffiqləri ilə "uzlaşdırılan" bir plan çərçivəsində edilməli olduğunu demiş.

İstinadlar

Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (2020) Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ qadınları Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Pensilvaniya Universitetinin müəllimləri Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:Amerikanın yerli əhalisi haqqında mübahisələr