Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib.
Karyerası Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb.
Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankova və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.
Kateqoriya:Belarusun bədii gimnastları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2008 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Belarus idmançıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Belarus idmançıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa çempionları Kateqoriya:Belarusun olimpiya gimnastları