1965 KONKAKAF Çempionatı () — 1965-ci ilin 28 mart – 11 aprel tarixləri arasında Qvatemalada təşkil olunmuş ikinci KONKAKAF Çempionatı. Turnirin qalibi Meksika milli futbol komandası olmuşdur.

Təsnifat turniri Karib zonası Yamayka, Trinidad və Tobaqo, Dominikan Respublikası 1966 FİFA Dünya Kubokunun təsnifat oyunları ilə bu turnirin matçlarının üst-üstə düşməsi səbəbindən KONKAKAF Çempionatında iştirakdan imtina etdilər.

Kuba millisinə isə turnirin ev sahibi olan Qvatemala viza verməkdən imtina etmişdir.

Nəticədə Haiti və Niderland Antil adaları avtomatik olaraq final mərhələsinə vəsiqə qazanırlar.

Mərkəzi Amerika zonası Panama təsnifat mərhələsi başlamamış turnirdə iştirakdan imtina edir.

Şimal zonası ABŞ təsnifat mərhələsi başlamamış turnirdə iştirakdan imtina edir. Nəticədə Meksika avtomatik olaraq final mərhələsinə vəsiqə qazanır.

Stadion Turnirin bütün matçları Qvatemala şəhərindəki "Estadio Mateo Flores" stadionunda keçirilmişdir. Qvatemala şəhəri "Estadio Mateo Flores" Tutumu: 35,000 150px

Final mərhələsi Turnirin final mərhələsinə vəsiqə qazanmış 6 komanda tək bir qrupda toplandı. Hər komanda bir-biriylə yalnız 1 matç keçirdi. Qələbəyə görə 2, heç-heçəyə görə isə 1 xal verildi. Qrup sıralamasında ilk sıranı tutan komanda Çempionatın qalibi elan edildi. Son tura qədər xalları bərabər olan ev sahibi Qvatemalanı son qrup matçında 2-1 hesabı ilə məğlub edən Meksika millisi turnirin qalibi oldu.

KONKAKAF Çempionatınınqalibi100px|border|MeksikaMeksikaİlk titul

İstinadlar

Xarici keçidlər 1965 CONCACAF Şampiyonası - RSSSF Mexico - International Results Details 1960-1969

Həmçinin bax

Kateqoriya:1965-ci ildə futbol Kateqoriya:1965-ci ildə Qvatemala Kateqoriya:Qvatemalada futbol