right|300 px|thumb|Hub Stivens, 2007-ci ildə turniri qazanmışdır. UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dayandırıldı.
1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və Yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı. 2006-cı ildə yarışın formatında dəyişiklik edilərək 5 tur oynanılan turnir 3 tura endirildi və üçüncü turu keçən klublara UEFA Kubokunun ikinci təsnifat mərhələsində oynama şansı verildi. İntertoto Kuboku turniri klublara UEFA Kuboku turnirində iştirak etmək üçün ən uzun yolu təqdim edirdi. 2006-cı ildə turniri Qlen Royderin başçılığı altında "Nyukasl Yunayted" klubu qazandı. Alman məşqçi Yup Haynkes turniri 2 dəfə və ardıcıllıqla (2003–2004) qazanan yeganə məşqçidir. O, bu uğura "Şalke"nin baş məşqçisi kimi nail olmuşdur.
İllər üzrə right|upright|thumb|Klaudiyo Ranyeri, 1998-ci ildə turniri qazanmışdır right|upright|170px|thumb|Alan Perrin, 2001-ci ildə turniri qazanmışdır FinalMilliyətiQalib məşqçiÖlkəKlubRef1995Strasburq1995Bordo1996Karlsrue1996Qenqam1996Silkeborq1997Bastiya1997Lion1997Oser1998Verder Bremen1998Valensiya1998Bolonya1999Monpelye1999Yuventus1999Vest Hem Yunayted2000Ştutqart2000Udineze2000Selta2001Aston Villa2001Pari Sen-Jermen2001Trua2002Malaqa2002Fulhem2002Ştutqart2003Şalke 042003Peruca2003Vilyarreal2004Şalke 042004Lill2004Vilyarreal2005Lans2005Olimpik Marsel2005Hamburq2006Nyukasl Yunayted2007Hamburq2008Braqa
Milliyyətə görə Bu cədvəl turniri qazanan məşqçilərin milliyyətinə görə sıralanmışdır. Milliyyət Qalibsayı 12 7 5 3 3 1 1 1 1 1
İstinadlar Ümumi
Xüsusi
Xarici keçidlər UEFA official history
Məşqçilər