Occidentali's Karma () — İtalyan müğənnisi Françesko Qabbani tərəfindən bəstələnən və ifa edilən mahnı. Mahnı İtaliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil etmiş və ölkəyə final mərhələsində 6-cı yeri qazandırmışdır.

Mətn Qabbaninin bildirdiyinə görə mahnının mətnində Şərq mədəniyyətini götürüb "qərbləşdirməyə" çalışan qərblilər lağa qoyulur. Mahnıda Şərq ideologiyasından gələn Budda və Nirvanadan bəhs edilir. Eyni zamanda mahnıda əsas toxunulan mövzulardan biri də insanın meymundan təkamülüdür. Françesko həmin bu ideyanın Dezmond Morrisin yazdığı "Çılpaq meymun" kitabından əsaslandığını vurğulamışdır. Mahnının adında İngilis sayağı yiyəlik şəkilçisindən istifadə edilməsinə səbəb isə müasir dövrdə İtalyan dilinin "ingilisləşdirilməyə" çalışılmasına tənqidi yanaşdığından istehza olaraq həmin şəkilçidən istifadə olunduğunu bildirmişdir.

Karma, Sanskrit dilində “hərəkət, iş, əməl” anlamına gəlir. Bu eyni zamanda mənəvi prinsiplərin səbəb olduğu və yaratdığı nəticələrə (şəxsin niyyət və hərəkətlərinin həmin şəxsin gələcəyinə təsir etməsi) şamil edilir. Yaxşı niyyət və yaxşı əməl yaxşı karmaya və ya gələcək xoşbəxtliyə şərait yaratdığı halda pis niyyət və pis əməl pis karmaya və ya gələcək əzaba səbəb olurLawrence C. Becker & Charlotte B. Becker, Encyclopedia of Ethics, 2nd Edition, ISBN 0-415-93672-1, Hindu Ethics, pp 678. Karma bir çox Asiya dinlərində olan yenidən doğuluş - Reinkarnasiya düşüncələri ilə yaxından bağlıdır. Mənşəyi qədim Hindistandan gələn "karma" Hinduizm, Buddizm, Caynizm, Siqhizm və Daosizm dinlərində istifadə olunan əsas terminlərdən biridir.

İstinadlar

Kateqoriya:İtalyan dilində mahnılar Kateqoriya:İtaliya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsindəki mahnılar Kateqoriya:2017 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:İtaliyanın Avroviziya mahnıları Kateqoriya:2017-ci ilin sinqlları Kateqoriya:2017-ci ilin mahnıları