Hüseyn İsmayıl oğlu Həsənov () — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.
Həyatı Hüseyn Həsənov 1986-cı il sentyabrın 26-da anadan olub.
Karyerası 2012-ci ilin avqust ayında Hüseyn Həsənov Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 12.74 metr nəticə ilə dördüncü pillənin sahibi olan Hüseyn Həsənov, uzunluğa tullanma turnirində 6.52 metr nəticə ilə bürünc medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hüseyn İsmayıl oğlu Həsənov "Tərəqqi" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Hüseyn İsmayıl oğlu Həsənov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
İstinadlar
Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:Bakıda doğulmuş idmançılar