"Füyuzat" jurnalı () — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb.

"Füyuzat" kəlməsi mənşəcə ərəb sözü olub, mənası "həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq" deməkdir.

"Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi.

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.

"Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.

Tolstoy, Höte, Russo, Monteskyö kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilə ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar.

Ə. Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyniadlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir. Ayrı-ayrı ədəbi-ictimai problemlərə münasibətlərində, xüsusən dil məsələsində "Füyuzat" və Cəlil Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbləri arasında ciddi fikir ayrılığı vardı. Lakin, füyuzatçılar da xalqı maarifləndirmək, onda öz tarixinə, çağdaş durumuna gözüaçıq münasibət oyatmaq, mədəniyyəti və elmi yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər.

Adı Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-füyuzat" məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı:

"Füyuzat" kəlməsi ərəbcə "feyz" sözündən olub lüğəvi mənası bolluq, bərəkət, nemət, müvəffəqiyyət, xeyir fayda, ləzzət, həzz, həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, zövq, feyz almaq, feyzyab olmaqdır.

Tarix "Həyat" qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayında belə bir elan vardı:

"Füyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dən Bakıda nəşr olunmağa başladı. "Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər həftəlik türkcə məcmuəyi-islamiyyə" olan Füyuzat redaksiyası Nikolayevski küçəsində Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi. İllik abunə haqqı 6 manat, 6 aylıq isə 3 manat 50 qəpik idi.

"Füyuzat" Ə. Hüseynzadənin "Həyat" qəzetinin sonuncu sayında "Vidanamə" başlıqlı məqaləsində göstərdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olduğu nəşr kimi diqqəti çəkdi. Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905–1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və "Füyuzat" dövrü adlandırırlar. Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq "Füyuzat"ı "islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı" kimi dəyərləndirirdi. Mətbuat və ədəbiyyat tarixinin araşdırıcısı, MEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir:

"Füyuzat" məcmuəsi XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə, M. Hadi, A. Şaiq, M. S. Ordubadi kimi böyük ədiblər tərəfindən yüksək qiymətləndirilmişdi. Lakin 1930-cu illərdən 1990-cı illərədək mətbuat və ədəbiyyat tariximizə həsr olunan elmi tədqiqatlarda, publisistik yazılarda "mürtəce mətbu orqan" kimi təqdim olunmuşdur. 1990-cı illərdən sonra professor Şamil Vəliyev, filologiya elmləri namizədi Ofelya Bayramlı, Rasim Kazımoğlu və b. Füyuzat irsini öyrənmiş, elmi monoqrafiyalar, tədqiqat əsərləri çap etmişlər. O. Bayramlı tərəfindən "Füyuzat"ın çap olunduğu 32 sayı ərəb qrafikasından transleterasiya edilib 492 səhifə həcmində nəşr olunmuşdur.

Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. "Füyuzat"da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi:

Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Təzə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" və s. mətbuat orqanları tərəfindən "türkləşmək, islamlaşmaq, müasirləşmək bərabərdir azərbaycançılıq" şəklində formulə edilərək təbliğ olundu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. "Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.

Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi.

Bu mənada "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması. "İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s.

"Füyuzat" və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız "köhnə müsəlman" (M. Ə. Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə, onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki, Ə. Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.

Ə. Hüseynzadənin hələ "Füyuzat"ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi "türklük, müsəlmanlıq və avropaçılıq" şüarı, mahiyyət etibarilə bu gün ictimai həyatımızda özünə yer tapan "azərbaycançılıq, müsəlmançılıq və müasirlik" doktrinasının yaranmasında mühüm rol oynadı. Ə. Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyniadlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir.

Əks olunan mövzular Dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına çevrildilər və füyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər. Füyuzatçılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu.

Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu "türkləşmək, islamlaşmaq, avropalaşmaq" istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq, həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği demək idi.

Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı elmi-nəzəri cəhətdən əsaslandırır, "Turani", "Füyuzat"ı, "Həyat"ı, "Şair Naim", "Dəli Şair" imzaları ilə dərc etdiyi yazılarda füyuzatçılığın başında dayanırdı. Azərbaycanda yaranan bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə "dünyanın bütün ümum və fünunun hər növünü ədəbiyyat və sənayeyi-nəfisənin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər" idi.

Ə. Hüseynzadə tərəqqi proqramına islamlaşmaq və avropalaşmaq məramlarını daxil etmişdi. İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi proqramının ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri proqramına görə məzhəb və dinlər türkləri bir-birlərindən ayırmamalıdır, əgər onların elm və mədəniyyətləri tənəzzül etsə, türklər yalnız "dini-islam ilə müqəddəyin, ərəb elmi ilə mütəllim, ərəb mədəniyyəti ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, yenə "türk oğlu türk kimi" qalmalıdırlar.

İslama ehkam kimi yanaşmayan Ə. Hüseynzadə milli intibahı dini intibahla bir arada götürürdü. Əgər türkləşmək məramı ilə türk dilini, tarixini, ədəbiyyatını öyrənməyini tələb edirdisə, islamlaşmaq məramı ilə islam dininin ümumbəşəri, ali, mənəvi-əxlaqi dəyərlərinin öyrənilməsini istəyirdi. Bu baxımdan o, islamlaşmağı milli tərəqqi proqramına daxil etmişdi. Ciddi şəkildə dini islahatların aparılmasının lazımlılığını önə çəkən Ə. Hüseynzadəyə görə, ilkin islama qayıdılmalı, tərəqqiyə doğru addım atılmalıydı. Əks təqdirdə əsl dini həqiqətləri, hikmətləri ortaya çıxarıb bərpa etmək mümkün olmayacaqdı. Ona görə də bu cür islahat islamın əsl mahiyyətini ortaya qoyacaq, müxtəlif şərhlərdən, təhriflərdən islam xilas olacaqdı.

Avropalaşmaq Ə. Hüseynzadənin milli tərəqqi proqramına daxil edilmiş əsas məramlardan, ideoloji istiqamətlərdən biri idi. O, xalqa bu ideyanı təbliğ etməklə Avropa elm və texnikasını, sənayesini öyrənmək və öz həyati işlərində tətbiqini nəzərdə tutur və yazırdı:

"Füyuzat"ın səhifələrində avropa şair və yazıçılarının əsərlərinin tərcüməsinin çapı da bu məqsədə xidmət edir. Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar. Hötenin "Faust"u, Şeksprin "Yuli Sezar"ı Azərbaycan türkcəsinə tərcümə olunur, Avropa mədəniyyəti təbliğ edilirdi. Ə. Hüseynzadə onu "avropalaşalım" şüarında günahlandıranlara cavab verərək yazırdı:

Bunlardan əlavə bir çox Türkiyə və Rusiya ədiblərinin əsərləri tərcümə və iqtibas olunurdu. Məcmuədə bir çox rəsmlər və görünüşlər dərc olunurdu.

"Füyuzat" türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın elmi yeniliklərini həzm etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini yaratdı. Bütün təhdid, təzyiqlərə baxmadan "Füyuzat"çılıq ideyasını cəmiyyətə sirayət etdi.

İlk sayı "İcmal" məqaləsində Əli bəy Hüseynzadə öz ömrünü başa vurub yerini "Füyuzat"a vermiş "Həyat" qəzetini xatırlayır və "Həyat"ın "yoxluğundan keçən" iki aya qədər bir vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə gətirirdi. Avropada, İranda, Osmanlı dövlətində və Qafqazdakı siyasi vəziyyətə toxunan müəllif yazırdı:

Birinci nömrədə Əli bəy Hüseynzadə "Tolstoyluq nədir?" məqaləsini də dərc etdirmişdi.

2-ci sayı "Füyuzat"ın 2-ci sayında "Vəqayeyi aləmə bir nəzər" məqaləsində inqilabın silahlı mübarizə yolunu qəbul etməyərək yazırdı:

Həmçinin 2-ci nömrədə Həsən Səbri "Həyat" qəzetəsinin bağlanması və Füyuzatın intişarı ətrafında bir məqalə dərc edərək Füyuzatın yol azanlara yol göstərəcəyinə ümid ediyordu.

3-cü sayı