Keşişverən — İrəvan xanlığının Vedibasar mahalında, İrəvan quberniyasının İrəvan qəzasında, Sonra Vedi (Ararat) rayonunda indiki Ararat mərzində kənd.* Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin Izahli Luğəti 3 Cild — Budaq Budaqov
Tarixi Rayon mərkəzindən 34 km məsafədə, dərədə, Çanaxçı çayının sağ axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.131 qeyd edilmişdir.
Toponimi Toponim türk dilində "yaşayış məntəqəsi, qəsəbə" mənasında işlənən keş sözü iləМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.273 qədim türk dilində "xarablıq, uçulmuş divar" mənasında işlənən örən sözününРадлов В.В. Опыт словарья тюркских наречий, т. I, ч.2, СПб, 1893. s.1219 sinonimi olan viran sözünün birləşməsindən əmələ gəlmişdir. "Veran", "viran" sözünün dialekt variantıdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.1728-ci ilə aid arxiv mənbəyində "Keşiş vİranı" kimidir. Əsli Keşiş viranəsi.Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. (170, 15). Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Urtsalanc qoyulmuşdur.
Əhalisi 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
İstinadlar
Mənbə
Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri