Fərman Allahverdi oğlu Eyvazov (6 mart 1931, Qazax rayonu – 26 noyabr 1996, Mingəçevir) — yazıçı, jurnalist, əməkdar incəsənət xadimi" (1992), Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Qazax rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Ədəbi fəailyyəti Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır.Prof. Dr. Sedat Adıgüzel. Azerbaycan Edebiyatı İsimler Sözlüğü.2012.AZEIS 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur.

Əsərləri Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.

Tərcümələri N.Nosov. Yamaq, Bakı, 1963. Y.Fuçik, B.Silovo. Radistin qutusundan üç Hərf, Bakı, 1963. Fateh Niyazi. Üçüncü qız, Bakı, 1964. J.Amadu. Su Kinkasın Qeyri-adi alümü, Bakı, 1964. Yapon xalq nağılları, Bakı, 1966. B.Rjevski. Heyvanat parkları şahının səhvi, Bakı, 1966. Yuqoslaviya hekayələri, Bakı, 1978. Ostan Vişnya. Məhşər Günü, Bakı, 1979. Vasil Bolşak. Köhnə Azar, Bakı, 1979.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Ağstafa rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri