Mehrablı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Mehrablı kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Meyrablı yaşayış məntəqəsini əfşar tayfasının mehrablı tirəsinə mənsub olan ailələr burada məskən saldığına görə kənd belə adlandırılmışdır. Qaradolaq tayfalarının da mehrablı adlı qolu vardır. Mehrab sözünü şəxs adı kimi də əlaqələndirənlər vardır. Mehrab sözü ərəbcə "ibadətgah" anlamı daşıyır. Adətən məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətində) divarda düzəldilən və qarşısında namaz qılınan oyuq və ya taxçaya mehrab deyirlər. Yarımdairəvi, bəzən isə düzbucaqlı formada olan mehrab yarımkümbəzlə tamamlanır, mərmər, yaş suvaq, gəc, ağac üzərində oyma ornamentlərlə inkrustasiya, divar rəsmi, dekorativ yarımsütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən oyma ornamentli ağacdan mehrablar da var. Mehrab sözünün məcazi mənada "üz çevriləcək yer" anlamı da var.Nazim Tapdıqoğlu. Ağcabədi Ensiklopediyası. Bakı.2007

Əhalisi Mehrablı kəndinin əhalisinin sayı 1395 (2007-ci il üçün)nəfərdir.

İqtisadiyyatı Əhali əsasən pambıqçılıq, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur. Kənddə ticarət-iaşə obyektləri və s.var.

Mədəniyyəti Kənddə klub mövcuddur.

Təhsil Kənddə orta məktəb fəaliyyət göstərir.

Səhiyyə Kənddə tibb məntəqəsi var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağcabədi rayonunun kəndləri