Bohumil Hrabal ( ) — Çexiyalı yazar.

Əsasən İkinci Dünya müharibəsini dövrlərindən bəhs edən əsərləri ilə tanınmışdır. Hrabal 1914-cü ilin 28 mart tarixində həmin vaxt Avstriya-Macarıstan imperiyasının tabeliyində yerləşən Brno şəhərində anadan olmuşdur.

Yazıçılıq fəaliyyətinə gənc yaşlarında başlamışdır. Əsərlərində Dadaizm, Sürrealizm və Psixoanaliz kimi cərəyanların təsirləri hiss olunur. İkinci dünya müharibəsi illərindən bəhs edən əsərlərində alman-çex münasibətlərinə və bu münasibətlərdə zaman-zaman baş verən anlaşılmazlıqlara xüsusi şəkildə toxunmuşdur. Tanınmış əsərlərindən biri Tez-tez yoxlanılan qatarlar əsəridir.

İstinadlar

Kateqoriya:Sürrealizm Kateqoriya:Dadaizm Kateqoriya:Psixoanaliz Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:Çexiya yazıçıları