Frauke Petri (, qızlıq soyadı (Marquardt); d. 1 iyun 1975, Drezden, Almaniya Demokratik Respublikası) — AFR siyasətçisi, biznesmen.
Tərcümeyi-halı 1975-ci ildə Drezdendə anadan olub. 1989-cu ilə kimi ailəsi ADR-in Şvartshayde şəhərində yaşayıb. Anası kimyaçı, atası mühəndis olub. Ailəsi üç dəfə Federativ Almaniyaya qaçmaq istəyib, ancaq istəyinə 1989-cu ildə nail olub. 1992-cu ildə ailəsi Berqkamen şəhərinə köçür (Şimali Reyn-Vestfaliya torpağı).
1998-cu ildə Redinq Universitetini (İngiltərə) kimyaçı bakalavr ixtisası ilə bitirir. 2004-cü ildə Gettinq Universitetinin doktoru olur.
2013-cü ildə Almaniya üçün Alternativ siyasi partiyasının üç həmsədrindən biri olur. 2014-cü ildən Saksoniya landtaqı parlamentinin deputatıdır. 2015-ci ildə partiyanın lideri seçilir.
F. Petri vergilərin azaldılması, Avropa Birliyinin islahatı, Almaniyanın avrozonadan çıxması, miqrantlara qarşı sərt mövqe uğrunda çıxış edir.. Siyasi tənqidçilər onu populizmdə və rasizimdə ittiham edirlər..
Mənbə Frauke Petri Saksoniya landtaqının saytında В Германии призвали разрешить пограничникам стрелять по беженцам Фрауке Петри: Политика «открытых дверей» Ангелы Меркель ведёт к терактам
İstinadlar
Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniyanın qadın siyasətçiləri Kateqoriya:Almaniya lüteranları