Meninlər (Freylinalar) (IV Filippin ailəsi) () əsəri 1656-ci ildə İspaniyalı rəssam Dieqo Velaskes tərəfindən çəkilmiş
Rəssam IV Filippin və onun zövcəsi Mariannanın portretini çəkir. Onların təsviri emalatxananın uzaq divarından asılmış güzgüdə əks olunmuşdur. Görünüşün mərkəzində öz dəstəsi ilə birlikdə otağa yenicə daxil olmuş beş yaşlı şahzadə Marqarita dayanmışdır. İşıq, habelə valideynlərin də nəzərləri qız uşağına tərəf yönəlmişdir. Velaskes körpə şahzadənin simasında öz əksini tapan ailə səadətinin, zənginliyin və parlaq gələcəyin təəssüratını canlandırır.
İstinadlar
Kateqoriya:Avtoportretlər Kateqoriya:Dieqo Velaskesin rəsm əsərləri Kateqoriya:Prado muzeyi kolleksiyasındakı rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər