Qavazi ( keçmiş Axali Qavazi) — Şərqi Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Kvareli bələdiyyəsi ərazisindədir. Alazan-Həftəran vadisində, dəniz səviyyəsindən 255 yüksəklikdə və Qanıxçayın sol sahilində yerləşir.Грузинская Советская Энциклопедия, том 2, ст. 623, Тбилиси, 1977 год. Bələdiyyə mərkəzi Kvareli şəhərindən 16 kilometr məsafədədir. 2014-cü il siyahıyalmasının nəticələrinə görə kənddə yaşayanların sayı 2945 nəfər olmuşdur. Qavazidə XIV əsrə aid memarlıq abidəsi — Qaraca kilsəsi var.

İstinadlar

Kateqoriya:Kvareli bələdiyyəsinin yaşayış məntəqələri