"Pəltək" () — ssenari müəllifi və rejissoru Benjamin Kliri olan qısametrajlı dram filmi. Filmin prodüserləri Serena Armitaj və Şan Kristofer Oqilviyedir.
Məzmun Tənha həyat sürən mətbəəçi Qrinvud (Mettyu Nidem) bütün gücünü toplayıb danışığındakı qüsuru aradan qaldırmağa və eyni zamanda internetdə yazışdığı qızla sevgi münasibəti qurmağa çalışır.
Rollarda Mettyu Nidem — Qrinvud Karsen Xloya Pirri — Elli Parks Erik Riçard — Qrinvudun atası Sofi Ellerbi — avtobus dayanacağındakı qız Riçard Meyson — avtobus dayanacağındakı əsəbi oğlan Kelam Sivayer Sofi Kotton — qatardakı qız
Qəbulu "Pəltək" filmi 2016-cı ildə 88-ci "Oskar" mükafatının təqdimetmə mərasimində Ən yaxşı qısametrajlı bədii filmə görə nominasiyasının qalibi olub.
Mükafat və nominasiyalar Mükafat Mərasim tarixi Nominasiya Nəticə Crested Butte Film Festival 2 oktyabr 2016 Ən yaxşı qısametrajlı hekayət 88-ci Oskar mükafatı 28 fevral 2016 Ən yaxşı qısametrajlı bədii film London Film Critics' Circle 17 yanvar 2016 Ən yaxşı qısametrajlı film Aesthetica Short Film Festival 8 noyabr 2016 Ən yaxşı dram DC Shorts Film Festival 20 sentyabr 2015 Tamaşaçı mükafatı
İstinadlar
Xarici keçidlər
Stutterer Allociné saytında Filmi izlə (rus dilində) Filmi izlə (ingilis dilində)
Kateqoriya:İrlandiya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2015-ci ilin dram filmləri