Daniel Kiz () — Amerika yazıçısı.

Həyatı Daniel Kiz 9 avqust 1927-ci ildə New Yorkda anadan olmuşdur. Ohaya universitetində fəxri professor olan Daniel Kiz Floridada yaşayıb. Elcernon üçün güllər ona "Hüqo" və "Nebula" mükafatlarını qazandırmışdır. Həmçinin bu romanın əsasında çəkilmiş "Çarli" filmi "Oskar" mükafatını almışdır.

Səkkiz kitab yazan müəllif 15 iyun 2014-cü ildə vəfat etmişdir.

Mükafatlar 1960-cı ildə "Elcernon üçün güllər" hekayəsi "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hüqo" mukafatına layiq görülmüşdür. 1966-cı ildə isə eyniadlı romanı "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:Hüqo mükafatı laureatları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:Avtobioqrafiyalar