thumb|Ağacın görünüşü.|250px Qranit palıdı () — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır.
Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir.
1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir.Register of Centuries Old Trees, Bulgarian Ministry of Environment and Waters
2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" () adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.Vanyo Stoilov, The Oldest Tree in Europe is Slowly Dying, 24 Chassa Daily, 20 November 2011. (In Bulgarian)
Qalereya
İstinadlar
Həmçinin bax Ən qədim ağacların siyahısı Baykuşev şamı
Kateqoriya:Məşhur palıd ağacları Kateqoriya:Bolqarıstandakı məşhur ağaclar Kateqoriya:1967-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ III